Azərbaycan - Rusiya sərhəddində əməliyyat başladı

img

19-05-2014 [10:44]


Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. "Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

Əməliyyatla bağlı xüsusi polis postları qurulub. Postlarda əməliyyatçılarla yanaşı xüsusi təlim keçən itlər də var. Qusar şəhərinin girəcəyində 2 sərhəd postu qoyulub. Bundan əlavə şəhərə girən nəqliiyyat vasitələri, xüsusi təlim keçən itlər vasitəsi ilə maşınların baqaj hissələri yoxlanılır. 

Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır. Əməliyyat may ayının 25-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA