Rektor Ağacan Əbiyevin əmri məhkəməlik oldu

img

19-05-2014 [10:41]


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin əmri məhkəməlik olub.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, rektor akademiyanın əməkdaşı Arif Əliyevin işdən azad edilməsi haqda əmr imzalayıb. Lakin sözügedən şəxs Ağacan Əbiyevin əmrini qanunsuz və əsassız saydığından məhkəməyə müraciət edib.

Mia.az-n xəbərinə görə, rektorun əmrinin ləğv edilməsi və işə bərpa edilməsi tələbi ilə çıxış edən Arif Əliyevin iddia ərizəsinə Nərimanov rayon Məhkəməsində baxılıb: «İş hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə araşdırılır».

 Bildirilir ki, hakim Sənan Hacıyev may ayının 6-na təyin etdiyi iclas saatını mayın 13-nə keçirib: «Həmin gün isə hakim iş üzrə ekspertiza təyin etdiyindən proses qeyri-müəyyən müddətə təxirə salınıb».

 Xəbərlə bağlı tərəflərin mövqeyini öyrənə bilmədik. Amma Ağacan Əbiyevin əmrinin narazılıq doğuran tərəfləri ilə bağlı ilginc xəbərlər də var. Lakin məhkəmə prosesi getdiyindən hələlik təfərrüatlara toxunmuruq. Mövzunu diqqətdə saxlayacağıq.

 Tərəfləri də dinləməyə hazırıq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA