Hersoq Bakıya gəldi: çantasında nələr var? - TƏHLİL
30-05-2023 [14:03]
İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edəcək iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir.
Səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbirin olması gözlənilir.
Vacib tarixi səfər
Səfər ilə bağlı ilk diqqətçəkən məqam bu səfərin İsrail mediasında geniş şəkildə tirajlanmasıdır. Belə ki, İsrail mediası “İranla həmhüdud şiə müsəlman ölkəsi olan Azərbaycana iki günlük səfəri” vacib tarixi səfər adlandırır.
Aydın məsələdir ki, rəsmi Təl-Əviv Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan dinamikada inkişaf etdirib.
Təsadüfi deyil ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohen Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi.
Nəzərə alsaq ki, iki günlük səfər zamanı Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir, deyə bilərik ki, yeni sazişlərin imzalanması mümkündür.
İsrail prezidentinin dəvəti
İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gəlib. Mümkündür ki, iki ölkə başçısının görüşü zamanı Hersok Əliyevi İsrailə səfərə dəvət etsin.
Prinsip etibarilə Hersok bundan öncə iki ölkə münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı İlham Əliyevə ünvanladığı məktubda onu İsrailə səfərə dəvət etmişdi.
“Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyimizin açılması üçün də bir fürsət ola bilər” - Hersok demişdi.
Martın 29-u Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılışı oldu.
Səfirliyin açılışında xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Eli Kohen ilə yanaşdı Azərbaycan parlamentinin bəzi üzvləri, tanınmış simalar iştirak etsə də ölkə başçısı bu açılışda iştirak edə bilməmişdi. Bu baxımdan mümkündür ki, İshak Hersoq Azərbaycan Prezidentini yenidən İsrailə səfərə dəvət etsin.
Azərbaycan ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf etsə də rəsmi Bakı Qüds, Qəzza və Fələstin məsələsində hər zaman ehtiyatlı mövqe sərgiləyib. Rəsmi Təl-Əviv bunu anlayışla qarşılayıb. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İsrailə səfər etsə həm də Fələstinə səfər etməlidir. Bu baxımdan bu səfər hələ ki, baş tutmur. Lakin dəyişən reallıqlar fonunda baş tutması da mümkündür.
Güney Azərbaycan dosyesi
Ölkə başçılarının görüşü zamanı Güney Azərbaycan mövzusunun müzakirə edilməsi mümkündür. Prinsip etibarilə bir müddətdir onsuz da İsrail-Azərbaycan gündəliyində bu məsələ var. Təsadüfi deyil ki, İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya səfərindən sonra İsrail parlamentinin 32 üzvü hökumətə müraciət edərək İsrail Xarici İşlər Nazirliyinin İrandakı cənubi azərbaycanlı icmasının mübarizəsini dəstəkləməyi xahiş etmişdi.
Düzdür, dəstək məktubunun dərcindən sonra İsrailin informasiya naziri Gila Qamliel öz “Twitter” səhifəsində yazmışdı ki, o, parlament üzvlərinin əksəriyyətini bu məktubdan geri çəkilməyə inandırıb və artıq 25 nəfər məktubdan imzalarını geri götürüb, lakin bu, nəticəni dəyişmir. İlk dəfə bir ölkə Güney Azərbaycan məsələsinə bu qədər yüksək səviyyədə dəstək nümayiş etdirdi.
İndiki məqamda rəsmi Bakı və Təl-Əviv arasında Güney Azərbaycan dosyesinin olduğunu demək olar. Bu həm də hər iki ölkənin rəsmi Tehrana ən böyük təzyiq vasitəsidir. Rəsmi Bakı Güney Azərbaycan məsələsinə həm də soydaşlarının himayəsi konteksində baxır. Buna görə də bu məsələ ilə bağlı müəyyən danışıqların getməsi vacibdir.
Turan Rzayev,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi