"Səhvlərimizdən dərs alacağıq" deyən İmamoğlu söz verdi: "Bu yolda cəsarətlə davam edəcəyik" - "Kimsə İstanbulu ala bilməz"
30-05-2023 [00:16]
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Maltepedə İstanbulun fəthinin 570-ci ildönümü ilə bağlı tədbirdə seçki ilə bağlı ilk açıqlamalarını verib.
Mia.az xəbər verir ki, "Türk cəmiyyətinin dəyişiklik istəyinin dünən gecə gördüyümüz nəticədən qat-qat böyük olduğunu bilirəm. Bu ölkədə dəyişiklik iradəsini yenidən qurmalıyıq. Bu yolda daha sürətlə qaçacağam", - deyən İmamoğlunun sözlərinə görə, hər şey yenidən başlayır: "Narahat olmayın, hər şey yenidən başlayır".
İmamoğlu bildirib ki, yeni dövrün ilk günündə irəliləyirlər: "Girdiyimiz yeni dövrün ilk günündəyik. Hamınız bu ölkənin tarixinə hörmətlə yanaşırsınız. Qütbləşmə ilə üzləşməyimizə baxmayaraq, birlikdə sülh içində yaşaya biləcəyimizə inanırıq. Biz bəzi bölücü siyasətə baxmayaraq, daha güclü birlik yaratmağın mümkün olduğuna inanırıq. Tarixin gedişatını fəthlər deyil, fatihlər dəyişir. İstanbul 5 il düşmən işğalı altında qaldı. Onu işğaldan xilas edən və bir daha bizə bəxş edən şəxs Mustafa Kamal Atatürkdür. Atatürk nə dedi? "Gəldikləri kimi gedəcəklər". İstanbul millətin əzm və qətiyyəti üzərində heç bir güc tanımayan Atatürk tərəfindən bizə əmanətdir.
İstanbul heç vaxt bir ovuc insanın istədiyi kimi doğrayıb satışa çıxaracağı şəhər deyil. İstanbul Türkiyədir. Dünən seçki bitdi. Təbii ki, fikirlərim var. Millətin iradəsinə töhfə verən vətəndaşlarıma təşəkkür edirəm. Arzu edirəm ki, nəticə ölkəmiz üçün xeyirli olsun. İqtidarın yaratdığı neqativlərə baxmayaraq, Milli İttifaqı olaraq seçkidə qalib gələ bilmədik. Qzgünəm. Hər sözü inamla söyləyən biri kimi, ölkəm üçün qayğılı və narahatam.
Bu hazırkı siyasət anlayışına qarşı demokratik mübarizəmizi heç bir şəraitdə təslim olmadan davam etdirəcəyəm. Millətimiz Millət İttifaqının namizədinə səlahiyyət verib. Bizim heç bir bəhanəmiz yoxdur, amma ədalətsiz şərtlər var. Təəssüf ki, qütbləşmə, təhqir və böhtan dili var. Demokratiya tariximizdə mənfi izlər var. Biz onların əvəzini çıxacağıq. Aydındır ki, seçkinin nəticələri bizim üçün gözlənilməz oldu. Görünür, biz bu prosesdə cəmiyyətin ən böyük istəyinin qutularda əks olunmasını təmin edəcək könül səfərbərliyini tam şəkildə qura bilməmişik.
Bilirəm ki, Türkiyə cəmiyyətinin dəyişiklik istəyi dünən gecə gördüyümüz nəticədən qat-qat böyükdür. Biz bu ölkədə dəyişiklik iradəsini sıfırdan yenidən qurmalıyıq. Heç kəs şübhə etməsin ki, bizim mübarizə əzmimiz var. Ümid və cəsarətlə yeriməyə davam edəcəyik. Sizə söz verirəm, hər zaman doğru olduğuna inandığımız üçün çıxdığımız bu yolda bir addım belə geri çəkilmədən birlikdə addımlamağa davam edəcəyik.
Mən o yolda daha sürətli qaçacağam. Bu yola bəzi adlar qoyanlar ola bilər. Öyrənilmiş acizlik dəftərimdə yoxdur. Biz indi o dünyaları dəyişmək istəyirik. Biz hamınızla birlikdə gələcəyi təmsil edirik. Hətta kimsə seçkidə qalib gəlsə belə, İstanbulun iradəsinə hörmət etməyə bilər. Nə siz, nə də sizin uydurma məhkəmə qərarlarınız İstanbulu heç vaxt ələ keçirməyəcək.
Getdiyimiz bu doğru və ədalətli yolda indi hər kəsə bu prosesin ən zəhmətkeş əsgəri olmaq vəzifəsi düşəcək. Biz mütləq uğur qazanacağıq. Bu gözəl ölkə mütləq azad, ədalətli, firavan və demokratik ölkə olacaq. Heç kim özünü ümidsiz hiss etməməlidir.
Bu gün qarşıda duran vəzifələrin nədən ibarət olduğunu hamımız bilirik. Bitməyən avtoritarizm, təhlükəli qütbləşmə, ümumi gələcəyimizi təhdid edən iqtisadi çöküş və təəssüf ki, qaçqın problemi bizi ən çox narahat edən şeylərdir. Və insanların heç nə öyrənə bilmədiyi qeyri-adekvat təhsil sistemi.
Daha ədalətli həyat və daha bərabər imkanlar üçün yol getməyə hazırıqmı? Biz daha yaxşı həyat şəraitinə, hər bir uşaq üçün daha yaxşı sağlamlıq imkanlarına hazırıqmı? Daha güclü Türkiyə üçün birlikdə işləməyə hazırıqmı? Səhvlərimizdən dərs alacağıq".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi