ƏRDOĞANIN QƏLƏBƏSİ: İki lider türkçə mesaj verdi, Tramp və Putin isə...

img

29-05-2023 [00:46]


Prezident seçkilərində qalib gələn prezident Ərdoğanı ilk Azərbaycan prezidenti İlham Əliyevdən sonra Fransa prezidenti Emmauel Makron, Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və başqa nüfuzlu ölkələrin liderləri təbrik edib. 

Mia.az xəbər verir ki, Zelenski və Makron türkcə təbrik mesaj paylaşarkən, Putin “Yenidən prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu seçki həm də onu göstərir ki, Türkiyə xarici güclərin təsiri olmadan müstəqil şəkildə öz qərarını verə bilən qüdrətli ölkədiur”, - deyə Ərdoğana təbrikində bildirib. 

Fransa prezidenti Emmanuel Makronun Twitter hesabında türkcə paylaşdığı mesajda deyilir: "Fransa və Türkiyənin birlikdə aşacağı böyük çətinliklər var. Avropaya sülhün geri gəlməsi, Aralıq dənizi ilə bağı məsələ... Təbriklərimi çatdırdığım prezident Ərdoğanla irəliləməyə davam edəcəyik".

Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabında prezident Ərdoğanı türkcə təbrik edib: ​​"Prezident Ərdoğanı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edirəm. Ümid edirik ki, əməkdaşlığımız Avropanın təhlükəsizliyi və sabitliyi naminə inkişaf edəcək və strateji tərəfdaşlığımız daha da güclənəcək”.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə "Truth" adlı platformasında açıqlama verib: "Ərdoğanı bu böyük və layiqli qələbəsinə görə təbrik edirəm. Onu yaxşı tanıyıram. O, mənim dostumdur. Onun ölkəsini və Türkiyənin böyük millətini  nə qədər sevdiyini özündən öyrəndim. O, ölkəsini və millətini daha yüksəklərə qaldırdı...".

Tahir Şəlvəli,

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR