Komitə sədrinin qardaşı iş adamını ağzını tikməyə məcbur etdi - FOTO

img

18-05-2014 [21:23]



Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun qalmaqallı qardaşı, iş adamı Hacı İbrahim Nehrəmli Qazaxlı iiş adamını ağzını tikərək, etiraz aksiyası keşirməyə məcbur edib.

Mia.az xəbər verir ki, İki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək etiraz aksiyasına başlayıb. 

Bu barədə o, Facebook-da məlumat verməklə yanaşı, fotolarını da paylaşıb.

E.Məmmədun xalası oğlu Nəsib Nəsibovun Azadlıq Radiosu-na dediyinə görə, Elşad Məmmədov iki il yarım bundan əvvəl «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək iki mənzil alıb. 

"Amma bir müddət sonra məhkəmədə onun iştirakı olmadan evləri ləğv olunub. İki il yarımdır xalam oğlunun döymədiyi qapı, getmədiyi ünvan, şikayət etmədiyi məhkəmə qalmayıb. Nə evlərə sahib ola bilir, nə də pulunu geri ala bilir. Ayın 16-da məsələyə Ali Məhkəmənin plenumunda baxılıb. Məsələnin növbəti plenuma saxlanılması barədə qərar çıxarılıb. Bu da haradasa 4-5 ay çəkəcək. Hesab edirik ki, bu qanunsuz qərardır. İndi bu haqsızlığa görə Elşad ağzını tikib, oturub evdə, heç kimi də içəri buraxmır", - deyə Nəsibov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA