18-05-2014 [15:43]
Bir neçə gün əvvəl Naftalan rayonunda diş həkimi işləyən Rasif Məmmədzadənin qız qaçırması və bundan sonra həbs edilməsi xəbəri yayıldı. Rasif Məmmədzadənin anası Məlahət Məmmədova bu hadisə ilə bağlı sensasion müsahibə verib. Diş həkiminin anası bildirir ki, əslində, onun oğlunu şərləyiblər. Ana elan edilmiş ittihamla qəti razı deyil. M. Məmmədovanın sözlərinə görə, Naftalan rayonunda diş həkimi işləyən oğlu uzun müddət sevdiyi qızı ikincinin razılığı ilə qaçırıb və qıza heç bir təzyiq göstərmədən Bakıya gətirib.
Qeyd edək ki, 24 yaşlı musiqi müəlliməsi Lalə Paşayevanı qaçırılması ilə bağlı Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən adam oğurluğu (144.2.3-cü) maddəsi ilə cinayət işi başlanıb və 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqını isə Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsi aparır.
Maraqlıdır ki, Məlahət Məmmədova işin bu səviyəyə gəlib çatmasında günahkar kimi Naftalan şəhərinin icra başçısı Natiq Aslanovun adını çəkir və bunu bir sıra dəlillərlə izah edir.
Mia.az Azinform.az-a istinadən Məlahət Məmmədova ilə eksklüziv müsahibənin 1-ci hissəsini təqdim edir:
- Məlahət xanım, deyəsən, oğlunuzun həbs edilməsindən narazısınız. Niyə?
-Mənim oğlum ali təhsilli diş həkimidir. O, heç vaxt cinayətkar ola bilməz. Oğlumun evlənməkdən başqa məqsədi olmayıb. Burada nə olub ki, qrup halında cinayət işi açıblar? Qızın namusuna xələl gətirəcək heç bir hərəkət də etməyib.
-Hadisənin baş verməsi barədə müxtəlif fikirlər səslənir. Siz bu barədə nə deyə bilərsiniz?
-Mənə xəbər etdilər ki, oğlun qız qaçırıb. Dərhal ona zəng etdim. Həmin vaxt qız onun yanındaydı. Dedim Lalə, səni zorla qaçırıbsa mənə de. Heç nə demədi. Sonra mənə Bərdə polisindən zəng etdilər. Artıq bildim ki, şikayət var. Qız könüllü olaraq mənim oğlumun əlindən tutub təpəyə qaçıb. Bunu görən şahidlər var. Ordan da taksiyə minib Yevlağa, sonra başqa bir taksi ilə Bakıya gəliblər. Kürdəmirdə oturub yemək də yeyiblər. Həmin vaxt ətrafda polislər də olub. Mən sual edirəm: "Laləni zorla qaçırdırdısa niyə o, bu barədə polislərə məlumat verməyib?” Hər halda, o, yol uzunu müəyyən davranışı ilə bunu hiss etdirə bilərdi. Buradan belə məntiq çıxır ki, deməli, könüllü razılaşma olub.
- Siz Naftalan polisindən də narazısınız. Səbəbini bilmək olar?
- Məni Naftalının polis rəisi Mamed müəllim çağırıb əlini Quran kitabının üstünə qoyub and içdi ki, qızı könüllü təhvil versəniz heç kim məsuliyyətə cəlb edilməyəcək. Məni qanunvericilikdə olan bir maddə ilə tanış etdi. Bilmirəm hansı kitab idi. Ancaq belə bir şey oxudum. Bundan sonra biz uşaqların polisə təhvil verilməsinə kömək etdik. Həmin gündən etibarən mən polis rəisinin üzünü görə bilmədim. Rəis bu işdən xəbəri olmayan iki cavan oğlanı da həbs etdi.
- Polis rəisinin qərəzi nə ilə bağlı ola bilər?
-Təbii ki, o, bunu öz başına etmir. Bütün bu işlərin arxasında Naftalanın icra başçısı Natiq Aslanov durur. Mənimlə icra başçısının arasında problem olub. Mən ali təhsilli oğlum və özüm üçün ondan iş istədim. Dedi ki, sənə veriləsi işim yoxdu. Sual etdim: "Necə olur fərarilərə, saxta hərbi biletlilərə, saxta diplomlulara iş olur, mənim balalarıma yox?” Müxtəlif instansiyalara bu barədə şikayət etdim. Bu da başçının gözündə məni düşmənə çevirdi. İkinci səbəbi isə daha maraqlıdır. Oğlumla könüllü qaçan qız icra başçısının yaxın qohumudu. Tam məsuliyyəti ilə deyirəm ki, mənim oğlumun işinə icra başçısı tərəfindən ciddi müdaxilə var. Mən onun yanına xahişə getdim. Dedim, oğlum evlənmək istəyib ki, qızı qaçırıb da. Niyə onu tutdurursunuz? Mənə dedi ki, qoy mən tutdurum, Allah qapısını açar. Bəli, bu sözləri Natiq Aslanov mənim üzümə dedi.
- Cinayət işinin istintaqını Naftalan polisi aparmır axı…
- Bəli, ancaq bütün ilkin izahatlar icra başçısının diqtəsi ilə orda alınıb. Qız mənə heç bir şikayətinin olmaması, könüllü getməsi haqda yazılı ərizə vermişdi. Həmin ərizəni də polis rəisinə verdim. Məndə olan məlumata görə həmin ərizə yoxa çıxıb. Mən buradan cənab Ramil Usubova müraciət edirəm ki, bu cinayət işini şəxsi nəzarətində saxlasın.
- Barışıqla bağlı hansı addımları atıbsınız?
- Onlara yalvarmışam. Ailəsinə deyirəm ki, oğlum buraxılsın yenə də sizin qızınızı gəlin etməyə hazıram. Valideynləri deyir ki, bizim ağsaqqalımız var. Ağsaqqal deyəndə icra başçısını nəzərdə tuturlar. Mənim yeganə istəyim oğlumun xoşbəxt olmasıdır.
- Bu hadisə ilə bağlı televiziyalarda da anons getdi, ancaq sonra Sizi efirdə görmədik. Yenə təzyiq oldu?
- Yox, bu məsələdə məşhur teleaparıcı Zaur Baxşəliyev məni aldatdı. Özləri məni dəvət etdilər. Dedilər ki, bu işi sona qədər araşdırmaq, həqiqəti üzə çıxarmaqda maraqlıdırlar. Məndən çox təsirli bir müsahibə götürdülər. Ancaq anonsdan başqa efirdə heç nə görmədim. Zaur Baxşəliyev bu işi araşdırmaq üçün Naftalana gedib. Gedibsə, hanı araşdırma? Mənə yalvaran Zauru indi tapa bilmirəm. Belə də jurnalistika olar? Mən ATV-nin rəhbərliyinə müraciət edirəm və xahiş edirəm ki, məni qəbul etsinlər. Əminəm ki, onları maraqlandıran çox qaranlıq mətləblərə aydınlıq gətirə bilərəm. Bu prosesdə ATV-nin əməkdaşı Təranə xanım da iştirak edib. Maraqlıdır, Zaur Baxşəliyev məndən niyə qaçır?
- Hazırda harda yaşayırsınız?
- Mən qorxumdan evimə gedə bilmirəm. Bir neçə dəfə evimə və doğmalarımın həyətinə basqın olub. Özü də görün basqını kimlər edir. İcra başçısı Natiq Aslanovun xalası Mümkünat, xalası qızı Səyyarə, Xalasının gəlini Rəfiqə, dayısı Yaqub. Araşdırsanız görəssiniz ki, bu qohumluqların biri ilə bağlı da yalnışlıq yoxdu. Mən rayona necə gedim? Oğlumu tutdurublar , özümü də salıblar çöllərə.
- Sonda nə demək istərdiniz?
- Mən bir ana kimi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, onun xanımı Meriban Əliyevaya müraciət edirəm. Onlardan imdad diləyirəm. Mənim Naftalanın icra başçısı ilə mübarizə aparmağa nə gücüm, nə də səlahiyyətim var. Axı ailə başçısını itirmiş bir qadına bu qədər zülm etməyi heç Allah da bağışlamaz.
Qeyd edək ki, Məlahət xanımın müsahibəsinin ikinci hissəsində Naftalanda baş verən proseslərlə bağlı çox ciddi mətləblərə toxunub.
Müsahibədə adları çəkilən şəxsləri də dinləməyə hazırıq.
Məhəmmədəli Qəribli, Azinforum.az

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi