"İnter", yoxsa "Mançester Siti"? - Ərdoğan bu suala elə cavab verdi ki...
 

img

26-05-2023 [23:34]


Prezident Rəcəb Tayyib Ərdoğan bazar günü keçiriləcək seçkilərin ikinci turu öncəsi ATV-də canlı yayımda açıqlamalar verib.

Mia.az xəbər verir ki, Prezident Ərdoğana İstanbulda keçiriləcək Çempionlar Liqasının finalı ilə bağlı sual verilib.

Jurnalist Okan Müderrisoğlunun "Futbolu yaxından izləyirsiniz. İstanbulda keçiriləcək Çempionlar Liqasının finalında Hakan Çalhanoğlunun komandası "İnter"lə İlkayın "Mançester Siti" komandaları üz-üzə gələcək. Hansını dəstəkləyirsiniz?", - sualını Ərdoğan gülə-gülə belə cavablandırıb: "Hakanla danışdım, İlkayla da danışdım. Birini seçsəm, o da eşitsə, inciyərlər. Həmişə deyildiyi kimi, yaxşı oynayan qazansın. Özəl olaraq hansı komandanı dəstələdiyimi isə qulağına piçıldayaram (Gülür)".

Ərdoğan deyib ki, fövqalədə hal olmazsa, oyuna baxmağa gedəcək.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR