Artur Rəsizadə pasport və qeydiyyatla bağlı dəyişiklik imzaladı

img

18-05-2014 [13:30]


Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.

İndiyə qədər notariat hərəkətləri apararkən notariuslar tərəfindən Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti əcnəbinin pasportu, vətəndaşlığı olmayan şəxsin isə daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim edilməklə, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən edilib.

Dəyişikliyə əsasən, bundan sonra Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA