Kılıçdaroğlu 3 bələdiyyə sədrini Məhərrəm İncənin üstə minnətə göndərib

img

26-05-2023 [16:23]


Xəbər verildiyi kimi, Məmləkət Partiyasının lideri Məhərrəm İncə 28 may seçkilərində neytral qalacaqları barədə qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məhərrəm İncəni bu qərarından vaz keçirmək üçün CHP-li 3 bələdiyə sədri hərəkətə keçib.

Məlumata görə, onlar ilk turda seçki gününə 3 ün qalmış geri çəkilən Məhəərəm İncədən Kamal Kılıçdaroğluna dəstək almaq üçün ciddi çalışırlar. 
 
İddiaya görə, İncənin ikinci turda Kamal Kılıçdaroğlunu dəstəkləməsi üçün Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar, Bolu Bələdiyyə Başçısı Tanju Özcan və İstanbul Büyükçekmece Bələdiyyə Başçısı Həsən Akgün bir neçə dəfə partiya sədri ilə görüşüblər: "Kamal Kılıçdaroğlunun təlimatı əsasında aparılan müzakirələrin hər birində İncə sözünün üstə durub. O, CHP-dən incikliyini də gizlətməyərək, bildirib ki, neytral mövqeyində qalacaq".

Samir Musaeyv

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR