Ceyhun Bayramov 12 Həvarilər Kvorumunun üzvü ilə müzakirə aparıb
26-05-2023 [13:29]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ-ın Yuta ştatında yerləşən “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Devid Bednarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az XİN-ə istinadla xəbəır verir ki, görüş zamanı nazir çoxmillətli və multikonfessional ölkə olaraq Azərbaycanın bütün dinlərə etiqad edənlərin sülh və əmin-amanlıq içərisində yaşadığı ölkə olduğunu və hazırda Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidentinin müəllifliyi ilə “Bakı prosesi” təşəbbüsü də daxil olmaqla bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyü, BMT-nin Sivilzasiyalararası Alyansının Qlobal Forumu da daxil olmaqla Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilib.
Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.
C.Bayramov eyni zamanda 30 illik dövrdə ərazilərimizin Ermənistan tərəfindən işğalı və etnik təmizləmə fəaliyyəti, eləcə də post-münaqişə dövründə ölkəmizin sülh və sabitliyin təmin edilməsi, bərpa və quruculuq işləri barədə məlumat verib. Ermənistan tərəfindən prosesə törədilən maneçilik cəhdləri və davam edən mina təhdidləri vurğulanıb.
Devid Bednar Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri və dinlərarası dialoqa töhfə verən mühüm təşəbbüsləri barədə məlumatlı olduğunu və beynəlxalq müstəvidə dini, irqi və etnik zəmində ayrı-seçkiliyin xüsusilə kəskin miqyas aldığı hazırkı dövrdə Azərbaycan cəmiyyətinin sahib olduğu dəyərlərin olduqca əhəmiyyətli olduğunu bildirib. O, kilsənin müxtəlif proqramları çərçivəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Tərəflər görüş zamanı eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi