18-05-2014 [12:44]
Hər ötən gün paytaxtda sıxlıq artır. Yaxın illər ərzində Bakının hansı görünüşdə olması hər birimiz üçün marqlıdır.
Baş plan Bakını başdan-ayağa dəyişdirəcək. Uzun müddətdir ki, haqqında danışılan "Böyük Bakının Regional İnkişaf Planı” təsdiqlənəndən sonra, paytaxtda 2030-cu ilədək bir sıra dəyişikliklər gözlənilir.
İlk növbədə, qeyri-bərabər sıxlığın aradan qaldırılması üçün əlavə mərkəzlərin yaradılması planlaşdırılır. 282 min hektarlıq ərazini əhatə edəcək paytaxtın 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünməsi təklif olunur. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub sahili rayonları daxildir.
Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun sözlərinə görə, nəzərdə tuturlub ki, mərkəzin yükü azaldılacaq: "Ticarət və sənaye obyektləri, əyləncə mərkəzləri, iaşə obyektləri, ətraf ərazilərdə olsun. Ona görə də mərkəzdən bəzi binalar ətrafa köçürüləcək”.
Paytaxtda əhalinin sayı 2011-ci ilin statistikasına əsasən, 2,6 milyon nəfərdir ki, 2030-cu ildə bu rəqəm 3,850 000 olacaq. Bunun müqabilində 15 ildən sonra mənzillərə də tələbat artacaq ki, indikinə nisbətən 300 mindən artıq yeni mənzilin tikintisi planlaşdırılır. Statistikanın dəyişilməsi özünü məktəbəqədər təhsil müəssisələri, orta məktəblər, xəstəxanaların sayının artmasında da özünü göstərəcək.
Yeni Baş plana əsasən, "Xutor”, "Kubinka”, şəhərin mərkəzindəki "Beşmərtəbə” adlanan zona və "20-ci sahə”də pərakəndə tikililərin olduğu ərazilər böyük söküntüyə məruz qalacaq. Söküntü işləri hələlik "Sovetski” adlanan ərazidə aparılır.
Burada şəhərin yaşıl ağ ciyərləri sayılacaq, əsl təbii park salınması nəzərdə tutulur. Park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkün olacaq.
"Sovetski”də heç bir hündürmərtəbəli bina inşa edilməyəcək. Layihənin strategiyasında ərazidə mövcüd olan tarixi tikililər qorunub saxlanılacaq. Həmçinin, Təzəpir məscidini, hətta uzaqdan belə, görmək mümkün olacaq.
"Böyük Bakının Regional İnkişaf Planı”na əsasən, "Qara şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, "Bakı Ağ şəhər” bulvarının salınması istiqamətində də işlər aparılır. "Bakı Ağ şəhər” ölçülərinə görə Monakodan böyük və "İçərişəhər”in ərazisindən 11 dəfə artıq olan 221 hektar ərazini əhatə edəcək və bu məkanı Qafqaz regionunun ən iri layihəsinə çevirəcək.
İlin sonuna qədər o, istiqamətdə əlavə 2 kilometr bulvar, avtomobil yolu, ictimai yerlər, parklar salınacaq. Bulvarın uzunluğu "Ağ şəhər”dən Bibiheybətə qədər uzanacaq.
Şəhərin yükünün azaldılması məqsədilə ali təhsil müəssisələrinin mərkəzdən kənara köçürülməsi, magistral yol xətlərinin salınması və yolların genişləndirilməsilə bağlı tədbirlər həyata keçiriləcək. /ANS/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi