Əhməd Obalını oğlu döyübmüş - Dəniz Obalı həbs edilib

img

25-05-2023 [23:53]


Amerikada yaşayan milli fəal, Günaz.tv-nin rəhbəri Əhməd Obalıya qarşı ağır cinayət  törətməkdə şübhəli bilinən oğlu Dəniz Obalı həbs edilib.

Məlumata görə, polis əməliyyatçıları və patrul əməkdaşları “şübhəli Deniz Obalı üçün həbs orderi” alıblar.

ABŞ mediası yazır ki, polislər daha sonra şübhəlini Kempbelldəki iqamətgahında tapıblar  və onu insidentsiz nəzarətə götürüblər: “Şübhəli adam öldürməyə cəhdə görə Santa Clara County əsas həbsxanasında saxlanılıb”.

Qeyd edək ki, Əhməd Obalıya hücumda İran xüsusi xidmət orqanlarından şübhələr üzə çıxsa da, ancaq araşdırmalar bu iddiaları alt-üst edib.

Obalının özü də istintaqa ifadəsində oğlundan şübhələndiyini deyib(Gununsesi.info).


Digər xəbərlər
SON XƏBƏRLƏR