Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir
25-05-2023 [21:38]
Lider mobil operator tərəfdaşları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir
“Azercell Telekom” MMC, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlərə start verir.
Mia.az xəbər verir ki, layihə indiyə qədər ölkədə təcrübədə tətbiq edilməyən, tam yeni formatda təşkil olunacaq və bir gün deyil, bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə həyata keçiriləcək.
Tədbirlər planı Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayanları da əhatə edəcək.
Həftəlik çərçivəsində həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar, eləcə də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Uşaq Tərbiyə Müəssisəsində baş tutacaq tədbirə qonaq və rol-model qismində dəvət olunmuş bir çox tanınmış sima çətin uşaqlıqları fonunda uğur-motivasiya hekayələrini bölüşəcək. Bundan əlavə, uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanallarını və Azərbaycan Uşaq Qaynar Xidmətini tanıtmaq məqsədilə Bakı şəhərinin metro çıxışlarında uşaq və valideynlərə Uşaq Qaynar Xətt xidməti haqqında məlumatlar və əlaqə nömrələri əks olunan suvenir və hədiyyələr paylanacaq.
Qeyd edək ki, “Azercell Telekom” 116111 qısa nömrəsi ilə 24/7 rejimdə çalışan Azərbaycan Uşaq Qaynar Xəttinin 2010-cu ildən etibarən əsas tərəfdaşıdır. Həmçinin, Azercell-in təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılan Qadın Qaynar Xətt Xidməti fəaliyyət göstərir. Azercell cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqələrinə dəstək olmaq, uşaqların sağlam mühitdə böyüyüb inkişaf etməsinə yardım istiqamətində müxtəlif sosial layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi