Canlı yayımda Ümit Özdağa belə sual verildi: "Kılıçdaroğlu deyil, Ərdoğan qalib gəlsə, nə olacaq?"

img

25-05-2023 [12:33]


Zəfər Partiyasının sədri Ümit Özdağ Kamal Kılıçdaroğluna dəstək qərarı ilə bağlı FOX TV-yə müsahibə verib.

Mia.az xəbər verir ki, müsahibədə aparıcı ona belə bir sual verib:  "2-ci turda Kılıçdaroğlu deyil, Ərdoğan qalib gəlsə, nə olacaq?".

Bu suala cavab verən Özdağ deyib ki, ölkədə sığınacaq axtaranların problemini həll edə bilməyən Türkiyə heç bir problemini həll edə bilməz: "O zaman əlim qırıldımı deməyin, qızıma edilən bu əxlaqsız hücumun haradan gəldiyini deməyin. O zaman pomidor niyə bu qədər bahadır, niyə o məhsul, bu məhsul, o mal, kirayeler bu qədər bahadi deməyin. Siz bunları bilirsiniz və bundan qurtulmaq imkanınız var".

Özdağ xalqı sıxıntılardan qurtulmaq üçün mayın 28-də seçkiyə getməyə çağırıb.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR