Kamal Kılıçdaroğlu: "Zəngəzur dəhlizi açılmalıdır" - "Əgər Türkiyə öz gücündən istifadə edərsə..."

img

25-05-2023 [11:42]


"Bildiyiniz kimi, Zəngəzur dəhlizi məsələsi mövcuddur. Bu dəhlizin açılması lazımdır. Lakin bu dəhlizin açılması tərəflərin razılığa gəlməsi və Türkiyənin qeyd-şərtsiz Azərbaycana dəstək verməsindən asılıdır".

Mia.az xəbər verir ki, bu sözləri Millət İttifaqının prezidentliyə namizəd Kamal Kılıçdaroğlu Yutub üzərindən yayılan mşhur “Babala TV” kanalında Azərbaycanla bağlı verilən suala cavabda deyib. 

Belə ki, Kılıçdaroğlunun "Türk yolu" layihəsini niyə Azərbaycandan kənardan keçirmək istəməsi barəıdə sual verən gəncə cavabında prezidentliyə namizəd deyib ki, Azərbaycana çox doğma yanaşır: "İstanbul mənim üçün nədirsə, Bakı odur. Bizim Azərbaycanla olan dostluğumuz, əməkdaşlığımız heç bir partiyadan fərqli deyil. Mən bu məsələyə necə yanaşıramsa, əminəm ki, digər partiya sədrləri də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə eyni cür baxırlar. Bizim əsas hədəfimiz əlbəttə ki, Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, mərkəzi Türkiyə olan layihəni böyütmək, Türkiyənin türk dövlətləri ilə birgə daha güclü bağlarla birləşdirən iqtisadi infrastruktur yaratmaqdır. Bizim bütün hədəfimiz bundan ibarətdir.  Bildiyiniz kimi, Zəngəzur dəhlizi məsələsi mövcuddur. Bu dəhlizin açılması lazımdır. Lakin bu dəhlizin açılması tərəflərin razılığa gəlməsi və Türkiyənin qeyd-şərtsiz Azərbaycana dəstək verməsindən asılıdır. İran və Ermənistan arasında münasibətlər bu dəhlizin açılmasını bir qədər çətinləşdirir. Əgər Türkiyə öz gücündən istifadə edərsə və dostluğu bölgədə daha çox təmin edərsə, açılacaq dəhlizin həm Türkiyə, İran, Ermənistan və digər türk dövlətlərinə böyük fayda verəcəyini və yaranacaq iqtisadi faydanın bütün ölkələr tərəfindən paylaşılacağını izah edə bilsək, Türkiyə bölgədə daha güclü olacaq. Biz o dəhlizi genişləndirmək və böyütmək məcburiyyətindəyik”.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR