"Real Madrid" irqçi hücuma məruz qalan komanda yoldaşlarına belə dəstək verdi - FOTO

img

25-05-2023 [00:02]


"Real Madrid" oyunçuları "Valensiya" matçında irqçi hücumlara məruz qalan komanda yoldaşlarına dəstək olmaq üçün "Vallekano" matçına "Vini Jr" yazılmış forması ilə meydana çıxıblar.

Mia.az xəbər verir ki, ötən turda oyunun 71-ci dəqiqəsində "Valensiya" azarkeşləri 22 yaşlı brazilyalı ulduz oyunçu Vinisius ünvanlı "meymun" deyə sloqanlar atıblar. 

Buna görə oyun 10 dəqiqə dayanıb. 

Dünən isə "Valensiya"nın azarkeşlərinə 5 matçlıq cəza verilib, oyunun VAR hakimi barəəd isə xüsiusui araşdırmaya start verilib.

Onu da qeyd edək ki, Vinisius "Rayo Valyekano" matçında dizində olan zədə səbəbindən oynaya bilməyib.

Oyuna gəldikdə isə, "Real Madrid" öz meydanında "Rayo Valyekano"nu 2:1 hesabı ilə məğlub edib.

Fərid

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR