Bütöv Azərbaycan Ocaqları Laçını yad edəcək - Tədbir

img

18-05-2014 [02:26]


Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix qurumunun təşəbbüsü ilə "Krım türklərinin soyqırımı" mövzusunda növbəti diskussiya keçirilib. 

Mia.az təşkilatın saytına (Bao.az) istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açıb. Sonra ənənəyə uyğun olaraq  BAO Mərkəzi Şurasının (MŞ) üzvü Hakim Sadiqli son həftə ərzində Güney Azərbaycanda baş vermiş hadisələr haqqında  məlumat verib. BAO MŞ-nın üzvü Şirvani Ədilli isə Elburs ostanı, onun tarixi, əhalisini, iqtisadiyyatı və s. haqqında danışıb.

Sonra Krım tatarlarının nümayəndəsi Lir Xələfov "Krım türklərinin soyqırımı" mövzusunda geniş məruzə ilə çıxış ediv. O, Rus imperiyasının tarixən türklərə, o cümlədən Krım tatarlarına qarşı apardığı köçürmə və assimilyasiya siyasəti haqqında danışdı və bu gün Krımın Rusiya tərəfindən ilhaq olunmasının bu siyasətin davamı olduğunu vurğulayıb. Lir Xəlilov bu proseslərin Krım tatarlarının iradəsinə və mənafeyinə tamamı ilə zidd olaraq həyata keçirildiyini bildirib.

Daha sonra Natiq Ulubəy, Paşa Oğuz, Dilavər Əzimli, Aydın Mədətoğlu və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiiyanı davam etdiriblər. 

Tədbirdə iştirak edən Ahıska türklərinin nümyəndəsi İbrahim Burxanov də Ahıska türklərinin öz yurdlarına geri donmək problemləri haqqında danışıb.

Sonda 18 may, saat 10:00-da Şəhidlər Xiyabanında Laçının işğalı və Krım tatarlarının deportasiya gününün qeyd olunacağı elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA