Rəsmi Moskvadan Paşinyanın Qarabağla bağlı bəyanatına reaksiya: "Bu, onun öz işidir"

img

24-05-2023 [15:21]


“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən danışıqlarının sonuncu raundu tərəflər arasında münasibətlərin irəliləməsinə və bir sıra məsələlər üzrə mövqelərinin yaxınlaşmasına kömək etdi”.

Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 24-də keçirdiyi brifinqdə deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatlarını geniş şərh etməyib: “Bu, onun öz işidir. Rusiya nizamlanmada vasitəçidir. Bizim üçün Ermənistanın dəqiq mövqeyə sahib olması vacibdir”.

M. Zaxarovanın sözlərinə görə, N.Paşinyanın son bəyanatları Ermənistan daxilində mürəkkəb duruma səbəb olub.(Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR