Əliyev, Putin v Paşinyanın sabahkı görüşü barədə şərh: "Paşinyanın gözləntisi bu idi ki, Ərdoğan seçkidə uduzardısa..."
24-05-2023 [15:09]
"Gözlər yenidən Moskvaya dikilib: sabah – mayın 25-də Moskvada Putinin iştirakıyla Əliyev və Paşinyan arasında növbəti görüş keçiriləcək".
Mia.az xəbər evrir ki,Ş bu sözləri siyasi şərhçi Elxan Şükürlü deyib.
O bildirib ki, tərəflər arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü aşağı qiymətləndirilsə də, müqavilə mətninin razılaşdırılmasında budəfəki Moskva görüşünün Vaşinqton və Brüssel görüşlərindən daha əhəmiyyətli olacağı, Kişinyov sammitinə daha hazırlıqlı və möhkəmləndirilmiş sənədlərlə gediləcəyi ehtimalı böyükdür: "Səbəb də odur ki, Paşinyan Türkiyədəki 14 may seçkilərinin onların gözlədiyi nəticələrlə bitmədiyini artıq görür və Qərbin bu savaşı uduzduğunu, regionda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığını poza bilməyəcəyini, Ermənistanın müqavimətinin faydasızlığını və yeni itkilərə gətirəcəyini çox yaxşı anlayır.
Paşinyanın gözləntisi bu idi ki, Türkiyədə Ərdoğan uduzacaqdısa və Kılıcdaroğlu - “Qərb masası” qalib gələcəkdisə, bu, Türkiyə-Rusiya münasibətlərinin pozulmasına gətirib çıxarmalı, Cənubi Qafqazda anti-Rusiya dalğasına təkan verməli və Ermənistanın da KTMT-dən çıxarılma prosesində aktiv dəstək qazanmasıyla nəticələnməliydi. Bütün Qərbpərəstlər kimi, Paşinyanın da gözləntiləri alınmadı. Onun Türkiyədəki seçkilərin ilk turu bitəndən sonra Türkiyə və Azərbaycanla münasibətlərin bərpası üçün səsləndirdiyi fikirlər, o cümlədən Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməsi Ermənistan baş nazirinin təslimçi ovqatının ifadəsi olmaqla yanaşı, Moskva görüşünə ümidləri də xeyli artırır".
E.Şükürlünün sözlərinə görə, hazırda Rusiya üçün ən önəmli məsələnin Ermənistanın KTMT-dən çıxmaq imkanlarının qarşısını kəsmək, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını və xətlər üzərində nəzarətini təmin etmək, gələcəkdə isə Azərbaycanı da Avrasiya İqtisadi İttifaqına cəlb etmək olduğundan, Moskva görüşündə imzalana biləcək sənədlərdə bu istiqamətlərin ağırlıq təşkil edəcəyini gözləyə bilərik: "Rusiya-Gürcüstan münasibətlərindəki yumşalmalar, İranla Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin inşasını sürətləndirilməsi göstərir ki, Moskva Ərdoğanın və Əliyevin təklif etdiyi “3+3” formatının gerçəkləşməsinə Avrasiya İttifaqının genişləndirilməsi layihəsi kimi baxır və bu layhəyə əsas maneənin də Ermənistan və Qarabağ məsələsi olduğunu yaxşı anlayır və bu işdə də Türkiyə-Azərbaycan tandemini qətiyyən narazı salmaq niyyətində deyil.
Bu baxımdan, əvvəlki görüşlərdən fərqli olaraq, sabahkı Moskva görüşündə əsas basqının məhz Paşinyanın üzərinə yönələcəyinə şübhə yoxdur və onun son bəyanatlarına da məhz erməni ictimai rəyini atacağı addımlara əvvəlcədən hazırlamaq cəhdi kimi yanaşmaq gərəkdir".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi