"Xocalıda ermənilərin keçirdiyi hərbi təlim bir xəbərdarlıq mesajıdır..." - "Onlara başqa qüvvə dəstək verir"
24-05-2023 [13:24]
Erməni separatçılarının qanunsuz silahlı dəstələri dünəndən etibarən Xocalıda “təlim”ə başlayıblar.
Mia.az xəbər verir ki, Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatından sonra Xankəndidəki separatçıların dərhal təlimə başlaması diqqət çəkir.
Bu və ya digər məqamarla bağlı Mia.az-a açıqlama verən Politoloq Turan Rzayevin sözlərinə görə. mahiyyət etibarilə, bu, onların Paşinyanın məlum bəyanatını tanımadığını göstərir:
"Digər tərəfdən, bu, həm də onların “silahlı müqavimət”ə başlayacağı ehtimalını gücləndirir. Xocalıda “təlim”də bunun ilkin siqnalıdır.
Aydın məsələdir ki, separatçılar indiki məqamda böyük ölçüdə Ermənistandan asılıdır. Söhbət həm canlı qüvvə, həm də digər təminatlardan gedir. Separatçıların Paşinyanın məlum bəyanatını tanımadıqlarını elan etməsi, Xocalıda “təlim”ə başlaması ondan xəbər verir ki, onlara başqa qüvvə dəstək olur.

Söhbət Rusiya sülhməramlılarından gedir. Məsələ ondadır ki, sülhməramlıların təlim keçdiyi Xocalıda həm də sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlılarının buna şərait yaratdığını göstərir. Bu, 10 noyabr 2020-ci il bəyanatının kobud şəkildə pozulması ilə yanaşı həm də sülhməramlıların separatçıları cəsarətləndirdiyi, dolayı yolla isə Kremlin separatçılar vasitəsilə Ermənistan-Azərbaycan danışıqlarını baltalamaq istədiyini göstərir".
Politoloq deyir ki, Xocalıda keçirilən təlim bir xəbərdarlıq mesajıdır: "Növbəti mərhələdə separatçılar “döyüşə” canlı qüvvə toplamaq üçün əlavə tədbirlərə əl ata bilərlər. Misal üçün həbsxanadakı məhbusların azadlığa buraxılması buna misal ola bilər. Bənzər təcrübəni Rusiya Vaqner üzərindən Ukrayna müharibəsində də tədbiq edir.
Rəsmi Bakı mövcud vəziyyət qarşısında mütləq cavab addımı atmalıdır:
"Birincisi, rəsmi Bakı sülhməramlılara və Rusiyaya etirazını bildirməlidir. Qanunsuz erməni silahlı dəstələrinin məhz Xocalıda onların izni ilə təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.
İkincisi, Azərbaycan və Ermənistan separatçılar məsələsində ortaq hərəkət etməlidir. Məsələ ondadır ki, Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatı verdi. Bu bəyanat, bəyanat kimi qalmamalı, Paşinyan bunu əməldə də göstərməlidir. Hazırda separatçılara başlıca yardımlar, eyni zamanda bir çox təminat Ermənistandan gedir".
Politoloq bildirib ki, rəsmi İrəvan bunu birmənalı şəkildə dayandırmalı, bununla da həqiqətən “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatını icra etdiyini göstərməlidir:

"Ermənistanın separatçılara dəstəyinin dayanması onları sözün əsl mənasında küncə sıxışdıracaq. Rusiya sülhməramlılar vasitəsilə silah-sursat və bir sıra digər yardımlar etsə də qaz, işıq, internet, su kimi təminatı təmin edə bilməzlər.
Üçüncüsü, bütün hallarda rəsmi Bakı həm separatçılara, həm də Rusiya sülhmərmalılarına gözdağı vermək üçün aktivlik göstərməlidir. Burada söhbət bır sıra strateji yüksəkliklərin ələ keçirilməsi və ya regionda genişmiqyaslı təlimin başlanmasını misal göstərmək olar.
Separatçıların müqavimət göstərməsi rəsmi Bakını ən nəhayətində antiterror əməliyyatına başlamağa vadar edə bilər. Hələlik Azərbaycan reinteqrasiya prosesinin başlanması və ehtimal antiterror əməliyyatları fonunda mülki ermənilərin həyatını itirməsi ehtimalına görə bu variantdan istifadə etmir. Lakin 28 may sonrası separatçıların gərginliyi daha da artırması Bakının antiterror əməliyyatlarına başlamasına səbəb ola bilər".
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi