"Əhalinin 77.3 faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir" - STM-dən sorğu
23-05-2023 [09:37]
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib.
Mia.az xəbər verir ki, sorğuda iştirak edənlərin 77,3 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirib, 20,6 faiz respondent bu barədə əks mövqedə qərarlaşıb, 2,1 faiz isə fikir bildirməkdə çətinlik çəkib.
Nəticələrə əsasən, respondentlərin mütləq əksəriyyəti və ya 85,2 faizi Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri və xəbərləri izlədiyini qeyd edib. Respondentlərin cəmi 14,8 faizi prosesləri izləmədiyini bildirib.
Nəticələrin gender aspektdən təhlili sözügedən mövzuda kişi və qadınların bərabər səviyyədə müsbət mövqedən çıxış etdiyini göstərib.
Nəticələri respondentlərin təhsil səviyyələri üzrə təhlil etdikdə ali təhsillilərin 82,7 faizi, orta təhsillilərin 72,2 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyib. 18-24 yaş qrupunu təmsil edənlərin 76,9 faizi, 65-dən yuxarı yaş qrupuna mənsub olanların 87,3 faizi isə analoji mövqedən çıxış edib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələrinə əsasən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə respondentlərin 71,2 faizi ( “tam dəstəkləyirəm” - 50.2 faiz, “əsasən dəstəkləyirəm” – 21 faiz) bu və ya digər dərəcədə dəstəyini ifadə edib. Respondentlərin cəmi 2,6 faizi əsasən dəstəkləmədiyini, 23,6 faizi heç dəstəkləmədiyini bildirib. İştirakçıların 2,6 faizi bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.
Həmin ilin dekabr ayında keçirilən sorğuda iştirak edənlərin 73,1 faizi sülh müqaviləsini dəstəklədiyini, 25,6 faizi dəstəkləmədiyini bildirib. 1,3 faizi bu suala fikir bildirməkdə çətinlik çəkib.
Göründüyü kimi, ötən ilin müxtəlif dövrlərində keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, Ermənistan postmüharibə mərhələsində də ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirərək sülh prosesindən yayınmağa çalışır.
Qeyd edək ki, sorğular 2023-cü il mayın 14-17-də könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95 faiz, xəta payı 5 faizə bərabərdir.
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi