"Azərsu" problem yaratdı, camaat ayağa qalxdı - ETİRAZ

img

17-05-2014 [19:57]


Binəqədi rayonunda keçirilən etiraz aksiyasında nümayişçiləri sakitləşdirmək üçün əraziyə aidiyyatı qurumların nümayəndələri gəlib.

Mia.az Anspress.com-a istinadən xəbər verir ki, etirazçılarla görüşdə Binəqədi rayin icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov, Binəqədi rayon su-kanal idarəsinin rəisi Əhliman Mansurov və "Azərsu” ASC-nin nümayəndəsi Səid Hüseynov iştirak edib. Qurum nümayəndələri sakinlərə bu gündən problemin həll olunacağını deyib. Onların sözlərinə görə, "Döngə 3” küçəsinə səhərə qədər fasiləsiz su veriləcək. Lakin sabahdan sonra su adi qaydada veriləcək. Əgər suyun verilişində yenidən problem yaranarsa, o zaman ərazidəki su nasoslar dəyişdirilərək daha böyükləri quraşdırılacaq.

Sakinlər isə bildiriblər ki, əgər aidiyyatı qurumların nümayəndələri dediklərinə əməl etməsələr, etiraz aksiyalarını davam etdirəcəyik.

Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunyn "Döngə 3" küçəsinin sakinləri etiraz aksiyası keçirib. Aksiyaya səbəb sakinlərə içməli suyun verilməməsidir.

"Döngə 3" küçəsinin sakinləri sözlərinə görə, 2 aydan çoxdur ki, içməli su verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA