17-05-2014 [19:47]
"Gəncə Avropa Gənclər Paytaxtı 2016”-ya hazırlıq mərhələsində 8 günlük beynəlxalq təlim keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının "Gənclər fəaliyyətdə” proqramının dəstəyi ilə "İctimai işlərdə aktivlik-vətəndaşlıq təhsili” adı altında keçirilən təlimlərdə iştirak edən Xorvatiya, Gürcüstan, Ukrayna, Latviya, Polşa, Çexiya, Almaniya, İtaliya, Rumıniya və Türkiyə Respublikalarından gəlmiş gənclər Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət-ənənəsi və qədim Gəncə şəhəri haqqında məlumatlandırılacaq, ölkəmizlə daha yaxından tanış olacaqlar.
Bu münasibətlə keçirilən toplantıda beynəlxalq təlimçi Sebastyan Şvaytser çıxış edərək Azərbaycana, eləcə də 2016-cı ildə Avropa Gənclər Paytaxtı olacaq Gəncəyə səfərindən razı qaldığını bildirmiş və 10 ölkədən gəlmiş gənclərin 2016-cı ildə Avropa Gənclər Paytaxtına hazırlıqla bağlı arzu və təkliflərini bildirib. Qonaq Gəncədə gənclərin asudə vaxtlarının səmərəli keçirmələrində Heydər Əliyev park-kompleksində görülən işləri də yüksək dəyərləndirib.
Sonra "Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev yerli və Avropa gəncləri nümayəndələrinə təşkilatın fəaliyyəti və hazırlıq işləri haqda ətraflı məlumat verib.
O, öz çıxışında bildirib ki, Gəncə şəhərinin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi ölkəmiz və şəhərimiz üçün çox böyük uğur, eyni zamanda böyük məsuliyyətdir. 2016-cı il üçün hazırlıq mərhələsində bizim proqramımız əsasən ən aktual olan 5 sahəni-təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı məsələlərini əhatə edəcəkdir. Layihənin icrası zamanı ictimaiyyətin geniş iştirakını təmin etmək üçün müxtəlif işçi qrupları və nəzarət şuraları yaradılacaq.
Ümumilikdə, 25-yerli, 18-i beynəlxalq səviyyəli olmaqla 43 müxtəlif layihə həyata keçiriləcək.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov çıxış edərək Azərbaycanın yerli gənclər sektorunda tərəfdaşlıq və təşəbbüslər yaratmaq, Beynəlxalq əməkdaşlığı gücləndirmək və gələcək təşəbbüsləri inkişaf etdirmək məqsədilə keçirilən Beynəlxalq təlim kursunda irəli sürülən təkliflərə münasibətini bildirib.
Qeyd edək ki, artıq Avropa Gənclər Paytaxtı layihəsində qalib gəlmiş paytaxt şəhərlərin şəbəkəsi yaradılıb. Gəncə şəhəri "Avropa Gənclər Paytaxtı - 2016” seçildiyi gündən etibarən bu şəbəkənin bütün görüşlərində fəal iştirak edərək Azərbaycanı uğurla təmsil edir(azvision).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi