ABŞ-dakı “şeytan” və ya Əhməd Obalının ölümcül döyülməsi: əmri taxtsız “şah” verib? - Politoloqdan açıqlamalar
22-05-2023 [15:00]
Xəbər verdiyimiz kmi, GünazTV-nin (Güney Azərbaycan TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Birləşmiş Ştatların Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.
Bu hadisə barədə Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, ABŞ-da belə hadisələr tez-tez baş verir:

TURAN RZAYEV
"Xüsusilə də Kaliforniyada. Bu mənada Əhməd Obalı və oğlu Dənizin döyülməsi də ilk baxışdan sadə hadisə kimi görünə bilər, lakin məsələnin pərdəarxası məqamlarının olduğu aydındır. Əhməd Obalı və ailəsi ABŞ vətəndaşlarıdır. Onun uzun illər mühacir həyatı yaşamasına səbəb isə İranın fars molla rejiminə qarşı mübarizə aparmasıdır. Qeyd etdiyim kimi, o, İran rejiminə qarşı mübarizə aparan Günaz TV-nin rəhbəri və qurucusudur.
Əhməd bəyin bu mübarizəsi, şübhəsiz ki, ona kifayət qədər düşmən qazandırıb. Təsadüfi deyil ki, molla rejimi onu “şeytan” adlandırır. Çünki Əhməd Obalı İranın “Səhər” televiziya kanalı vasitəsilə Azərbaycan əleyhinə apardığı dövlət təbliğatına qarşı davamlı mübarizə sərgiləyib, arqumentli cavablar verib".
Politoloq deyir ki, Əhməd Obalıya və oğluna qarşı hücum sifarişli və planlı şəkildə həyata keçirilib:

"Obalının barmaqlarının qırılması və boynunu qırmağa cəhd edilməsi hadisəni törədənlərin xüsusi təlim keçmiş şəxslər olduğunu göstərir.
Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Lakin hələlik konkret ad çəkməyib. Bu da hadisəni kimin və ya kimlərin törətməsi ilə bağlı müxtəlif versiyaların yaranmasına səbəb olub".
Turan Rzayev bildirib ki, həmin versiyalardan biri də hadisənin İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin sifarişi ilə baş tutmasıdır:
"Bu versiyanı gücləndirən bir sıra faktlar var:
Birincisi, İran xaricində, həmçinin ABŞ-da Rza Pəhləvini dəstəkləyən şah tərəfdarları kifayət qədərdir.
İkincisi, aydındın məsələdir ki, Güney azərbaycanlı fəallar ən az molla rejimi kimi pəhləviləri də sevmir. Eyni qaydada pəhləvilər də güneyli müxalifləri sevmir.
Lakin bütün bunlara baxmayaraq, Əhməd Obalıya və oğluna qarşı hücumun Rza Pəhləvinin təlimatı əsasında törədildiyini düşünmürəm. Məsələ ondadır ki, Rza Pəhləvi indiki məqamda taxtını geri almaq üçün sözün əsl mənasında çalışır. Bu istiqamətdə İran xaricindəki müxalif qrupları bir araya gətirməyə, vahid güc kimi birləşdirməyə çalışır. Yəni o, təkcə şah tərəfdarlarının deyil, həm də liberalların, respublikaçıların və etnik müxaliflərin dəstəyini qazanmaq istəyir".
Politoloqun fikirincə, molla rejimi Pəhləvi üçün daha real təhdiddir: "Real təhdidi aradan qaldırmaq yerinə güney azərbaycanlı nüfuzlu bir şəxsi aradan götürmək məntiqli versiya deyil. Bu, Pəhləviyə heç bir müsbət divident qazandıra bilməz. Əhməd Obalıya və oğluna qarşı hücumun əmri və ya fitvası aydın məsələdir ki, İran hakimiyyətindən gəlib. Hadisəni törədən şəxslərin də SEPAH üzvləri olması ehtimalı böyükdür.
Mümkündür ki, Obalıya hücum edən şəxslər əvvəlcə boynunu qırmağa cəhd ediblər. Bu heç də göründüyü kimi sadə bir iş deyil. Bu mənada ona və oğluna hücum edən şəxslərin xüsusi təlim keçmiş şəxslər olduğu ehtimalı yaranır".
Turan Rzayevin sözlərinə görə, Obalının barmaqlarının qırılmasına gəldikdə isə burada iki versiya diqqət çəkir:
"Birincisi, o, müqavimət göstərib və terrorçular onun müqavimətini qırmaq üçün bunu ediblər.
İkincisi, hücum edən şəxslər onun barmaqlarını qıraraq simvolik xəbərdarlıq ediblər.
Nəticənin nə və necə olmasından asılı olmayaraq onu demək olar ki, Əhməd Obalıya qarşı hücumun pərdəarxasında İran dayanır.
Obalı və oğluna hücum deputat Fazil Mustafaya hücumu da gündəmə gətirir. Bu hadisənin də pərdarxasında İranın olduğuna dair ciddi şübhələr vardı və bu gün də qalmaqdadır.
İran bir il ərzində iki nüfuzlu azərbaycanlıya qarşı hücum aktı gerçəkləşdirir. Faktiki olaraq Fazil Mustafanın timsalında Şimali Azərbaycana, Əhməd Obalının timsalında isə Güney Azərbaycana sanki mesaj verilir.
Bu həm də İranın içində olduğu qorxunun, təlaşın və təşvişin göstəricisidir. Azərbaycanlı və ya Azərbaycan əsilli şəxslərə qarşı silsilə hücumları həyata keçirən Tehran bu yolla həm psixoloji üstünlüyü ələ almaq, həm də xalqın milli şüurunun oyanmasının qarşısını almaq istəyir".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi