Talassemiyalı ailə həkimlərin oyuncağına çevrilib

img

17-05-2014 [17:15]


Sumqayıt şəhər sakini Orucov Murad Birlik.az saytına zəng edərək şikayətini bildirib.

Belə ki Orucov Murad övladının səhhətinə qarşı tibb işçilərinin biganəliyindən narazıdır. Xəstəxanada valideynə bildiriblər ki, 9 aylıq Orucov Məhəmmədəlinin qan azlığı problemi var, onu da qeyd ediblər ki, ola bilsin bu talassemiyadır. Vətəndaş Orucov saytımıza bunları dedi:

" Sumqayıt Uşaq Poliklinikasında həkimlər mənə dedilər ki, uşağı Bakıya apar. Mən də həkimlərin göstərişilə Bakıdakı Talassemiya Mərkəzinə müraciət etdim. Orda da mənə bildirdilər ki, get "göndərişlə gəl”. İndi bu istidə yenidən qayıtmışam Sumqayıta. Nə uşağın həkimi Şəlalə xanım, nə də şöbə müdiri yerində deyil. Uşaq dünənə qədər 39 dərəcə qızdırmadan yanırdı, günü-gündən əriyir. Mən dünən uşağın həkimi Şəlalə xanıma müraciət etdikdə həkim mənə dedi ki, uşağı burdan çıxart. Burada digər uşaqlarda cürəbəcür xəstəliklər var, sizin uşağa da keçər.

Qeyd edək ki, bu başıbəlalı uşaq barədə mətbuatda bir çox yazılar gedib. Onlardan bir neçəsinin linkini sizə təqdim edirik:

http://birlik.az/index.php?do=xeber&id=2237

http://birlik.az/index.php?do=xeber&id=7892

http://birlik.az/index.php?do=xeber&id=8198

http://birlik.az/index.php?do=xeber&id=221

http://xeberle.com/xeber-mediann-mudaxilsindn-sonra-sumqayt-xstxanasndak-korpy-diqqt-artrlb-t2830.html4

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=216845

Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA