Tovuzda itkin düşən 13 yaşlı tapıldı, həbs olunan var - "Oğlana zəng edib dedim ki, qızıma yığma..." (Yenilənib)
23-05-2023 [10:09]
Tovuzda 13 yaşlı qızın qaçdığı şəxsə cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Mia.az-a bildirib ki, Tovuz rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə qaçması ilə əlaqədar S.Kavazov barəsində cinayət işi açılıb: "Araşdırmalar davam etdirilir".
****
22.05.2023. Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mİa.az-a bildirilib ki, rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir: "Ə.Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Faktla bağlı əlavə məlumat veriləcək.
***
Tovuzda itkin düşən 13 yaşlı qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Mia.az-a bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.
Onun sözlərinə görə. artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib.
İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.
***
Mayın 18-də Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Mia.az xəbər verir ki, qız may ayının 18-də axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.
Əfsanənin anası Samirə Tağıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qızı sosial şəbəkədə Cəlilabad rayonunda olan bir şəxslə danışıb: “Qızım VII sinifdə oxuyur. Mən oğlanla danışdığından xəbər tutdum və icazə vermədim. Dedim, tanımırıq kimdir, onunla danışma. “Məni öldürsəniz də, onunla gedəcəyəm”, - dedi. Hər gün ancaq “WhatsApp”da danışırdılar. Atası da dedi ki, qızım, hələ uşaqsan, danışma. Oğlanın nömrəsinə zəng edib dedim ki, qızıma yığmasın”.
S.Tağıyeva deyir ki, qızı qaçdığı gün telefondan nömrəni çıxarıb:
“Həmin gün işdən anamgilə gəldim və günorta yeməyi yedik. Elə uşaqlarım da oraya gəldilər. İki uşağım orada qaldı. Mən də Əfsanə ilə gedib evə bazarlıq etmək istədim. O da dedi ki, ana, mən evə gedirəm. Qızımı evə ötürdüm və bazarlıq etdim. Daha sonra kreditimiz var idi və onu ödəmək istədim.
Baxdım ki, şəxsiyyət vəsiqəm çantamda deyil. Düzü, nömrəmdə balans yox idi. Mağazada olan bir adamdan xahiş etdim ki, qızıma yazsın, sənədi atsın. Əfsanə atdı və krediti ödədim. Evə gəldim ki, qapı bağlıdır. Əfsanəni çağırdım, səs vermədi. Hamıya zəng etdim, qızımdan xəbər olmadı”.
“Qızımın çıxarıb atdığı nömrəsini telefonuma qoydum və “WhatsApp”da “Əfsanə, gəlirsənmi, çatırsanmı?” mesajını gördüm. Cəlilabad Rayon Polis Şöbəsində oğlan ifadə verib. Bildirib ki, qızımdan xəbəri yoxdur. Amma mənim qızım onun əli ilə gedib (ağlayır)”, - deyə ana deyib.
Ailə Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması ilə bağlı yayılan xəbərləri inkar edib:
“Biz ikimiz də fəhlə adamlarıq”.
Qeyd edək ki, Ə.Tağıyevanın əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, saçı qara və qısadır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
***
Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva hələ tapılmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a bildirilib ki, hazırda Əfsanə Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Reportyor.info-nun yaydığı məlumatda Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması bildirilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi