Əlizamin Salayevə hökm oxundu - AXCP funksionerinə 4 il həbs cəzası verildi 

img

22-05-2023 [13:08]


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayevə nə hökm oxunub.

Mia.az xəbər verir ki, bu barədə qərar Bakının Qaradağ rayon məhkəməsində keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, ona 4 il həbs cəzası kəsilib.

Xatırladaq ki, Ə.Salayev həbsinə etiraz olaraq 104 gündür aclıq edir.

O, fevralın 7-də Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunaraq saxlanılıb. Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib. 

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub