Nazirliklə «Bakcell»in davasında yenilik, «Azərfon»la proses davam edir (ÖZƏL)

img

17-05-2014 [14:09]


Rabitə Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin «Bakcell» şirkətinə qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə nöqtə qoyulub.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, may ayının 15- Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə «Azetelekom" İB-nin "Bakcell LTD” MMC- qarşı dəymiş ziyanın və dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətinə baxılıb: «Hakim 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsini qismən ləğv etməklə yanaşı, hər iki tərəfin qarşılıqlı şikayətlərini rədd edib. Birinci məhkəmə instansiyasının qətnaməsinin qalan hissəsi isə dəyişdirilmədən saxlanılıb. Yəni bu o deməkdir ki, «Bakcell» «Aztelekom»a borcunu ödəyəcək. Lakin dəbbə borcu ilə bağlı iddia təmin edilməyib».

 Məlumatda o da bildirilir ki, «Aztelekom» İstehsalat Birliyinin rəhbərliyi hakim Cahangir Yusifovun qətnaməsindən razı deyillər: «Birlik çox böyük ehtimalla Ali Məhkəməyə şikayət edəcək».

 Xatırladaq ki, analoji şikayət "Azərfon” MMC- qarşı da var. «Aztelekom» İB «Azərfon»u da (Nar Mobile) eyni hal üzrə ittiham edərək, məhkəməyə verib.

 Mia.-ın məlumatına görə, «Azərfon»a qarşı borc və vurulmuş zərərin ödənilməsiylə məqsədiylə "Aztelekom” tərəfindən verilmiş şikayət hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun icraatındadır: «Rabitə qurumunun «Azərfon»a qarşı şikayətinə may ayının 22- hakim Həmid Həmidovun sədrliyi ilə baxılacaq».

 Xatırladaq ki, daxil olan məlumatlarda hər iki şirkətə qarşı məhkəmə iddiası qaldırıldığı bildirilir. Məlumatda o da bildirilir ki, hər iki şirkətin «Aztelekom»a borcu ölkədaxili və beynəlxalq danışıqlar zamanı birliyin ötürücülərindən istifadəyə görə qanunla nəzərdə tutulmuş ödəmələri bu günədək həyata keçirməmələrindən yaranıb: «Sözügedən şirkətlərin abunəçilərinin danışıqları «Aztelekom»un nəzarətində olan ötürücü stansiyalar tərəfindən həyata keçirilir. Müqaviləyə əsasən, bu zaman hər danışıq dəqiqəsinə görə birliyə pul ödənilir. Həm «Azərfon», həm də «Bakcell» isə bu pulu ödəməkdən yayınırlar. Ona görə də məhkəmə mübahisəsi ortaya çıxıb».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA