Dəhşətli istilər başlayır; Bakıda temperatur 33, bölgələrdə 38 dərəcəyədək yüksələcək

img

17-05-2014 [12:31]


Bakı və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, axşam dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki,gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 18-dəhava şəraitinin əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA