Rəqsanənin əri Fazil elə şeylər danışdı ki... - "20 il sürdüyüm ailə birdən-birə dağıldı" (VİDEO)
21-05-2023 [11:42]
Müğənni Rəqsanə İsmayılovanın "Youtube"da yayımlanan "Göz önündə" verilişinin bu dəfəki qonağı həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov olub.
Mia.az xəbər verir ki, sənətçinin əri səmimi etirafları ilə diqqət çəkib.
İlk evliliyinin 20 il sürdüyünü söyləyən 57 yaşlı Fazil bəy bildirib ki, onların ailəsi yaxın çevrələrində hər zaman nümunə olaraq göstərilib:
"İlk evliliyim 20 il sürdü. Bu zaman çox tez gəldi keçdi. İş başımızı elə qatdı ki,... Heç bilmədim necə gəldi-getdi. Atam eşitmişdi ki, rus qızla evlənmək istəyirəm. Biz artıq bir yerdə yaşayırdıq. Sonra qızı Azərbaycana gətirdim və onu apardım atamın yaşadığı rayona. Atam qızla tanış olub, onunla söhbət etdi.
Mənə söylədi ki, dəqiq fikirləş, bu, ailə həyatıdır, bu qızı da düşün. O da səni istəyir, o da kiminsə övladıdır. Yəni bu qızla gəzib, uşaq dünyaya gələndən sonra onu qoyub getmə, ortalıqda gəzmə.
Atam çox ciddi bir insan idi. Ailəmizdə atam məhz mənimlə açıq danışardı. Atam heç bir dəfə də olsun məndə nöqsan tutmayıb. Hər zaman mənə inanırdı. 20 il sürdüyüm ailə birdən-birə piramida kimi dağıldı. Aramızda dava, söz-söhbət sonralar başladı. Xoşbəxt idik, uşaqlarımızı böyüdürdük. Moskvada biz öndə olan bir ailə idik. Bizi nümunə olaraq göstərirdilər".
Rəqsanənin əri həmçinin əlavə edib ki, atası vəfat edəndə o, özü də bilmədən mikroinfarkt keçirib: "Ailə üzvlərimi itirəndə çox üzüldüm. Atam dünyasını dəyişəndə heç özüm də bilmədən mikroinfarkt keçirdim. O, 2008-ci ildə 70 yaşında vəfat etdi. Onda mənim 44 yaşım vardı. Hər gecə ailəmi, qohum-əqrabamı düşünüb yatıram. Bu hər gün belədir".
Altı övladı olan Fazil Əmiraslanov bildirib ki, onların içində ən çox bağlandığı Rəqsanə ilə nikahlarından dünyaya gələn Mehrimah Sultan adlı qızlarıdır:
"Hər dəqiqə, hər saat və hər gün deyirəm ki, altı övladım var. İlk nikahdan mənim iki övladım var.
İkinci yəni Rəqsanə ilə nikahımdan onun öz övladlarını Aysun və Yağmuru mənim övladlarımdan ayırmadım və onları övladlığa qəbul etdim. Ondan sonra Rəqsanə ilə bizim Mehrimah Sultan və daha sonra Muhammed Əli dünyaya gəldi. Bütün övladlarımı çox istəyirəm. Amma ən çox "Mehrimaşka"nı istəyirəm. Mehrimah Sultan mənim üçün hər şeydir. Ailəmizin təməli və hər şeyi Mehrimah Sultandır".
Rəqsanənin "Yenə övlad sahibi olmaq istəyirsiniz?" sualına F.Əmiraslanovun cavabı belə olub:
"Xeyr, daha övlad istəmirəm. 57 yaşım var və yaşımdan qorxmuram. Elə olsun ki, övladımı mən böyüdüb, başa çatdıra bilim. İstəmərəm ki, uşağım kiçik yaşlarında atasız qalsın. Allah nə qədər yazı yazıbsa, o qədər yaşayacayıq".
Müğənnin "Rəqsanəni qısqanırsınız?" sualına isə əri belə reaksiya verib:
"Rəqsanəni çox qısqanıram. Həyat tərzinə görə qadınlara inanmaq olmaz. Ola bilər ki, onlar şeytana aldansınlar. Məndən çox xanımını qoruyan olmaz. Mən sevgimi heç zaman bildirmirəm"(
Müğənni Rəqsanə İsmayılovanın "Youtube"da yayımlanan "Göz önündə" verilişinin bu dəfəki qonağı həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov olub.
Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçinin əri səmimi etirafları ilə diqqət çəkib.

Ad - 00:14
İlk evliliyinin 20 il sürdüyünü söyləyən 57 yaşlı Fazil bəy bildirib ki, onların ailəsi yaxın çevrələrində hər zaman nümunə olaraq göstərilib:
"İlk evliliyim 20 il sürdü. Bu zaman çox tez gəldi keçdi. İş başımızı elə qatdı ki,... Heç bilmədim necə gəldi-getdi. Atam eşitmişdi ki, rus qızla evlənmək istəyirəm. Biz artıq bir yerdə yaşayırdıq. Sonra qızı Azərbaycana gətirdim və onu apardım atamın yaşadığı rayona. Atam qızla tanış olub, onunla söhbət etdi.
Mənə söylədi ki, dəqiq fikirləş, bu ailə həyatıdır, bu qızı da düşün. O da səni istəyir, o da kiminsə övladıdır. Yəni bu qızla gəzib, uşaq dünyaya gələndən sonra onu qoyub getmə, ortalıqda gəzmə.
Atam çox ciddi bir insan idi. Ailəmizdə atam məhz mənimlə açıq danışardı. Atam heç bir dəfə də olsun məndə nöqsan tutmayıb. Hər zaman mənə inanırdı. 20 il sürdüyüm ailə birdən-birə piramida kimi dağıldı. Aramızda dava, söz-söhbət sonralar başladı. Xoşbəxt idik, uşaqlarımızı böyüdürdük. Moskvada biz öndə olan bir ailə idik. Bizi nümunə olaraq göstərirdilər".
Rəqsanənin əri həmçinin əlavə edib ki, atası vəfat edəndə o, özü də bilmədən mikroinfarkt keçirib:
"Ailə üzvlərimi itirəndə çox üzüldüm. Atam dünyasını dəyişəndə heç özüm də bilmədən mikroinfarkt keçirdim. O, 2008-ci ildə 70 yaşında vəfat etdi. Onda mənim 44 yaşım vardı. Hər gecə ailəmi, qohum-əqrabamı düşünüb yatıram. Bu hər gün belədir".
Altı övladı olan Fazil Əmiraslanov bildirib ki, onların içində ən çox bağlandığı Rəqsanə ilə nikahlarından dünyaya gələn Mehrimah Sultan adlı qızlarıdır:
"Hər dəqiqə, hər saat və hər gün deyirəm ki, altı övladım var. İlk nikahdan mənim iki övladım var.
İkinci yəni Rəqsanə ilə nikahımdan onun öz övladlarını Aysun və Yağmuru mənim övladlarımdan ayırmadım və onları övladlığa qəbul etdim. Ondan sonra Rəqsanə ilə bizim Mehrimah Sultan və daha sonra Muhammed Əli dünyaya gəldi. Bütün övladlarımı çox istəyirəm. Amma ən çox "Mehrimaşka"nı istəyirəm. Mehrimah Sultan mənim üçün hər şeydir. Ailəmizin təməli və hər şeyi Mehrimah Sultandır".
Rəqsanənin "Yenə övlad sahibi olmaq istəyirsiniz?" sualına F.Əmiraslanovun cavabı belə olub:
"Xeyr, daha övlad istəmirəm. 57 yaşım var və yaşımdan qorxmuram. Elə olsun ki, övladımı mən böyüdüb, başa çatdıra bilim. İstəmərəm ki, uşağım kiçik yaşlarında atasız qalsın. Allah nə qədər yazı yazıbsa, o qədər yaşayacayıq".
Müğənnin "Rəqsanəni qısqanırsınız?" sualına isə əri belə reaksiya verib:
"Rəqsanəni çox qısqanıram. Həyat tərzinə görə qadınlara inanmaq olmaz. Ola bilər ki, onlar şeytana aldansınlar. Məndən çox xanımını qoruyan olmaz. Mən sevgimi heç zaman bildirmirəm"(bizim.media).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi