Zakir Həsənov nazirliyin şöbə rəislərini "vurdu" - 20 zabit cəbhəyə "etap" olundu - Yenilənib

img

17-05-2014 [11:50]


Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi polkovnik Rauf Kişiyevin tabeçiliyində çalışan 20-yə yaxın zabit cəbhə xəttində yerləşən hərbi hissələrə ezam olunub.

Mia.az xəbər verir ki, bu barədə saytımıza "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, Səfər Əbiyev dövründə "isti kabinet”lərində istirahət etməyə öyrəşmiş, Bakı və Bakıətrafı müxtəlif hərbi hissələrdə xidmət edən zabitləri öz qanunsuz hərəkətləri ilə incidən, xüsusilə də məhkəmə proseslərində ədalətsiz davranan bu zabitlərin "iş” qaydalarının müdafiə naziri Zakir Həsənov tərəfindən bəyənilmir.

"Doktrina” JHAM-a verilən məlumata görə, Zakir Həsənov həmin zabitlərin cəbhə xəttində yerləşən hərbi hissələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi istiqamətində çalışmalarına dair göstəriş verib.

Digər məlumata görə, yaxın aylarda Hüquq İdarəsinin tərkibi Rauf Kişiyev başda olmaqla tam yenilənəcək.


***

"Füzuli döyüş bölgəsində Müdafiə Nazirliyində hərbi xidmət keçmiş çavuş öz tabor komandirini güllələyib və tabor komandirini güllələdiyinə görə də Nazirliyinin Hüquq İdarəsinin zabitləri ora göndərilib”.

Bunu Aktual.az-a hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi polkovnik Rauf Kişiyevin tabeçiliyində olan 20-ə yaxın zabitin cəbhə xəttində yerləşən hərbi hissələrə ezam olunması səbəbi əsas göstərilərək, Rauf Kişiyevin tezliklə vəzifədən azad olunacağı barədə yayılan məlumatı şərh edərkən deyib.


Hərbi ekspertin sözlərinə görə, Rauf Kişiyevin tabeçiliyində olan komissiyanın ora göndərilməsinin digər səbəbi isə korpus komandiri Ayaz Həsənovun təhvil-təslim prosesinə nəzarət etməklə bağlıdır:

"Ona görə də belə məsələlərdə də bir qədər diqqətli olmaq lazımdır, çünki bu, mətbuata qarşı inamsızlıq yarada bilər”.

Xatırladaq ki, bu barədə "Doktrina” JHAM-i məlumat yayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA