Erməni separatçıları yenə silah-sursat daşıyır - “Laçın” postu işə yaramır? (TƏHLİL)
18-05-2023 [13:24]
Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşıdığı üzə çıxıb. Hadisə Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.
Silah daşındığını təsdiqləyən görüntülərdən də bu aydın şəkildə görünür ki, qanunsuz erməni birləşmələri həmin mövqedə postlar qurub və aktiv şəkildə ora silah daşıyır.
“Laçın” postu işə yaramır?
Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşımasının üzə çıxması ciddi faktdır. Xankəndi-Qeybalı-Xəlfəli istiqamətində separatçıların postlarının olması indiki məqamda narahatlıq yaradan məqam deyil. Mümkündür ki, rəsmi Bakı separatçıların postlarının harda olduğunu yaxşı bilir. Yəni istənilən halda bu postlar rahatlıqla məhv edilə bilər.
Burada əsas narahatlıq yaradan məqam separatçıların silah-sursatı necə və hansı yolla əldə etməsidir. Məsələ ondadır ki, erməni separatçı-terrorçuların daşıdığı qanunsuz silah-sursat Ermənistandan gətirilməyib. Ən azından bu quru yolu ilə baş tutmayıb.
Ümumiyyətlə “Laçın” postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil. Ordan keçən bütün mülki və digər təyinatlı nəqliyyat vasitələri və şəxslər yoxlanılır. Yalnız müvafiq yoxlanış sonrası Azərbaycan ərazisinə girişinə icazə verilir.
Sülhməramlıların özbaşınalığı
Qeydə alınan videogörüntülərdən də aydın şəkildə görünür ki, rus sülhməramlıları qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların "postları" arasında silah daşımasına yardım edirlər.
Prinsip etibarilə bu ilk belə hadisə olmasa da sülhməramlıların mandatına uyğun olmayan işlər ilə məşğul olduğunu bir daha sübut edir. Digər bir məsələ ilə həmin silah-sursatın separatçılara sülhməramlılar tərəfindən verildiyini göstərir.
Sülhməramlılara davamlı şəkildə silah-sursat ya birbaşa Rusiya ərazisindən ya da Ermənistandakı hərbi bazalarından quru və hava yolu ilə gəlir. “Laçın” postumuzn qurulması sonrasında bu proses dayanıb.
Davam edirsə belə ən azından proses Bakının nəzarətindədir. Lakin indiki məqamda separatçılara verilən silahları Rusiya sülhməramlıları hava yolu ilə həyata keçirir.
Bakının cavab addımı
Sülhməramlıların separatçıları silahlandırması qəbuledilməzdir. Rəsmi Bakı bu prosesin qarşısını ən qısa zamanda almalıdır. İlk növbədə bu barədə Azərbaycan tərəfi həm, Rusiyaya, həm də sülhmərmalıların komandanlığına xəbərdarlıq etməlidir. Bundan başqa Rusiya sülhməramlılarına gətirilən silah-sursat və texnika yalnız quru yolu ilə olmalıdır. Yəni müvafiq qaydada və rotasiya qaydalarına uyğun olaraq Laçın postundan keçməklə həyata keçirilməlidir.
Rusiya sülhməramlıları bütün bunlara baxmayaraq separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə rəsmi Bakı separatçıların təyin edilən postlarını zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir.
Ümumiyyətlə erməni separatçılarının tərkisilah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında yada istəyində deyilsə Azərbaycan özü prosesi reallaşdırmalıdır”.
Turan Rzayev, Politoloq
MİA.AZ
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)