Milli Koordinator yanında İşçi Qrupun tərkibi təsdiqləndi - Hökumətdən qərar
17-05-2023 [17:29]
Nazirlər Kabineti “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası”nı təsdiq edib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” (bundan sonra – Qayda) “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun (bundan sonra – İşçi Qrup) tərkibini, təşkili və fəaliyyəti qaydasını müəyyən edir.
İşçi Qrup İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra – Milli Koordinator) yanında ictimai əsaslarla fəaliyyət göstərir.
Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (bundan sonra – Milli Fəaliyyət Planı) iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi İşçi Qrup vasitəsilə həyata keçirilir.
İşçi Qrupun tərkibi
İşçi Qrupun tərkibi Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) nümayəndələrindən ibarət olur.
İşçi Qrupun tərkibinə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.
İşçi Qrupun təşkili
İşçi Qrupun fərdi tərkibi bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında Milli Koordinator tərəfindən təsdiq edilir.
İşçi Qrupa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi rəhbərlik edir.
İşçi Qrupun iclasları Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən rübdə bir dəfədən az olmayaraq çağırılır.
İşçi Qrupun iclaslarının gündəliyi Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən müəyyən edilir.
İşçi Qrupun iclaslarında onun üzvlərinin azı üçdə ikisi iştirak etməlidir.
İşçi Qrupun iclaslarında hazırlanan təkliflər sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, İşçi Qrupun rəhbərinin səsi həlledici hesab edilir.
İşçi Qrupun iclasları İşçi Qrupun rəhbərinin imzaladığı protokolla rəsmiləşdirilir.
İşçi Qrupun fəaliyyəti
İşçi Qrupun fəaliyyəti Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sisteminin yaradılmasından və bu qurumlar arasında məlumat mübadiləsinin təmin edilməsindən ibarətdir. Bununla əlaqədar İşçi Qrup aşağıdakı funksiyaları yerinə yetirir:
Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətlərini əlaqələndirir;
Milli Fəaliyyət Planının icrası zamanı qarşıya çıxan problemlərin həlli üçün müvafiq təkliflər hazırlayır;
Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında operativ qaydada məlumat və qarşılıqlı informasiya mübadiləsini təmin edir;
Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında təcrübə mübadiləsini təmin edir;
Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür.
İşçi Qrupun fəaliyyətinin təşkilati təminatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi