Ceyhun Bayramov Xose Manuel Albares Bueno ilə görüşüb
17-05-2023 [18:03]
Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə, Azərbaycan və İspaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.
C.Bayramov, iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar, turizm və s. sahələr üzrə əməkdaşlıq gündəliyindən bəhs edərək, əlaqələrin inkişafı perspektivlərinin geniş olduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında alternativ enerji resurslarının inkişafı sahəsində də əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.
İkitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, eləcə də siyasi dialoqun gücləndirilməsi baxımından təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bölgədə bərpa, quruculuq və sülh səyləri barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarının, mina təhdidini davam etdirməsinin sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardan olduğunu diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh prosesinə sadiq olduğu vurğulanıb.
Nazir Xose Manuel Albares Bueno, Azərbaycanla həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bu xüsusda, iki ölkə arasında münasibətlərin inkişafında keçirilmiş siyasi məsləhətləşmələrin rolu müsbət qiymətləndirilib. Nazir Xose Manuel Albares Bueno İspaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar prosesini dəstəklədiyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi