XİN başçısından Qarabağda yaşayan ermənilərlə bağlı - Açıqlama

img

17-05-2023 [16:56]


"Azərbaycan hökuməti ölkənin Qarabağ bölgəsində yaşayan etnik ermənilərin bərabərhüquqlu vətəndaşlar kimi siyasi, hüquqi, iqtisadi və sosial cəhətdən reinteqrasiyasını təmin etmək əzmindədir".

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının İslandiyanın Reykyavik şəhərində keçirilən sammitində deyib.

O söyləyib ki, bununla bağlı beynəlxalq sənədlərlə yanaşı, Azərbaycanın Konstitusiyası və qanunvericiliyi də möhkəm əsas təmin edir.

"Keçmiş münaqişənin yaralarını sağaltmaq yolunda olduğumuz üçün ağır hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə görə ədalətin təmin edilməsi həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmək son dərəcə vacibdir”, - C.Bayramov bildirib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR