Kənd Təsərrüfatı Nazirliyində yoxlama: milyonlarla vəsait mənimsənilib və... - Faktlar açıqlanır
16-05-2023 [16:35]
Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin, dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi həyata keçirilib.
Bu barədə Hesablama Palatası məlumatı yayıb.
Auditin nəticələrinə görə, milyonlarla vəsait mənimsənilib və əsassız xərclənib. Qanunsuzluqlarla bağlı hüquqi prosedur başlayıb.
Bildirilib ki, “Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi həyata keçirilmişdir. Audit Nazirlik üzrə 2021-2022-ci illərdə ümumilikdə 27.032.883 manat vəsaiti əhatə etmişdir ki, bundan saxlanma xərcləri üzrə 1.620.090 manat, subsidiyaların ödənişi üzrə 25.412.793 manat təşkil etmişdir. Audit sübutlarına uyğun olaraq aşağıdakı nöqsanlar aşkarlanıb:
1 - Audit zaman 2021-2022-ci illərdə subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin 57,2 faizinin əsassız xərclənməsi müəyyən olunmuşdur. Bütün bunlar NMR-də subsidiya sisteminin düzgün qurulmadığına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaratmışdır.
2- Aqrar sahədə subsidiya üzrə Azərbaycan Respublikası Prezidentinin Fərmanları düzgün tətbiq edilməmişdir. Belə ki:
- "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il 759 nömrəli Fərmanını və Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin" NMR-də tətbiqi həyata keçirilməmiş, Nazirlikdə müvafiq işçi qrupu yaradılmamış, kütləvi informasiya vasitələrində məlumat dərc olunmamış, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmamış,
- “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd NMR-də tətbiq edilmiş, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 faizi əkin subsidiyası hesabına, 30 faizi isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilmişdir.
3- Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülmüş və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmamışdır. Belə ki,
- 2021-ci ildə NMR-də 17294,63 hektar sahədə aparılmış yaz əkinləri üçün hesablanmış əkin subsidiyasından gübrənin alınması üçün nəzərdə tutulmuş məbləğin 70%-i gübrə istehsalçılarına verilməmişdir.
- 2021-ci ildə subsidiya üzrə vəsaitdən 2041200,0 manat vəsait NMR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kapital Bank" ASC-nin Naxçıvan filialında açdığı hesablaşma hesabında saxlanmış, növbəti ilin subsidiyalarının verilməsində istifadə edilmişdir.
4- Rayon komissiyaları və yerlərdə aparılan araşdırma zamanı bir sıra nöqsanların aşkar olunduğu müəyyən edilmişdir. Belə ki, subsidiyanın hesablanması və ödənilməsində;
- icarə müqavilələrinin bağlanmaması;
- müqavilələrdə tərəflərin imzalarının olmaması;
- icarə müqavilələrinin təsdiq edilməməsi və ya sonradan təsdiq edilməsi;
- əkin subsidiyasının verilməsinə əsas verən torpaq sahələrinin təsdiqedici sənədlərdə göstərilən hektarlarla uyğun olmaması;
- subsidiyanın verilməsi üçün digər təsdiqedici sənədlərin olmaması;
- adlarına subsidiya rəsmiləşdirilmiş vətəndaşlara subsidiyanın ödənilmədiyi və bu barədə vətəndaşların xəbərsiz olması halları müəyyən edilmişdir.
Meyvə bağlarına subsidiyaların hesablanması zamanı ən yüksək əmsal tətbiq edilməklə bütün bağlar yeni və intensiv meyvə bağları kimi rəsmiləşdirilmiş, rayon komissiyaları tərəfindən təsdiq edilən adlı siyahılarda meyvə bağları növlərinə görə fərqləndirilməmiş, əkilməyən və ya mövcud olmayan əkin sahələrinə, meyvə bağlarına, üzüm bağlarına, tinglərə, toxumlara və dövlət dəstəyinin digər növlərinə (arı ailələri, süni mayalanma ilə doğulan buzovlar və s.) görə subsidiyanın verilməsi rəsmiləşdirilmişdir ki, bu da digər sahələrdə olduğu kimi dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsinə şərait yaratmışdır.
5- Texnikanın güzəştli şərtlərlə satışı zamanı nöqsanlara yol verilmişdir. Belə ki,
- “Aqrolizinq" ASC tərəfindən "Naxçıvan Aqrolizinq" ASC-yə əvəzsiz verilən traktor və kotanların satışı zamanı büdcə vəsaiti hesabına "Naxçıvan Aqrolizinq" ASC-yə əsassız olaraq 40% güzəşt üzrə 58800,0 manat subsidiya köçürülmüş, texnikaların güzəştli şərtlərlə satışı zamanı alıcıların maliyyə vəziyyəti və digər istiqamətlərdə risklər araşdırılmamışdır.
6- Un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməmişdir. Belə ki,
- NMR-in Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinin xətti ilə satılan unun hər tonuna görə un istehsalçılarına köçürülmüş 1309465,0 manat məbləğində subsidiya vəsaitlərini yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq” istifadə etmişdir.
7- Vəsaitlərin istifadəsi zamanı mühasibat uçotunun bəzi tələblərinə əməl edilməmişdir. Belə ki,
- Subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18474308,34 manat, 2022-ci ildə icra edilmiş 6938485,19 manat vəsait NMR-in Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmamış;
- NMR-in Kənd Təsərrüfatı Nazirliyinin "Araz" Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatı tərəfindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq pul vəsaitinin dövriyyəsi nağd qaydada həyata keçirilmiş, mühasibat uçotu aparılmamış, hesabat tərtib edilməmişdir.
Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda NMR Kənd Təsərrüfatı Nazirliyində aparılan yoxlamanın nəticələri barədə məlumatın müvafiq qurumlara göndərilməsi təmin edilmişdir”(Nuhçıxan).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi