“İlham Rəhimov, siz İlham Əliyevdən cəsarətlisiniz?” - Açıqlama

img

15-05-2014 [19:51]


BAXCP sədri Qüdrət Həsənquliyevin Qarabağ problemi ilə bağlı Rusiya ilə danışıqlar aparmaliyıq təklifi hələ də səngimək bilmir. Bununla bağlı Rusiya prezidentin tələbə yoldaşı həmyerlimiz İlham Rəhimov münasibət bildirib. İlham Rəhimovun Qüdrət Həsənquliyevin təklifi ilə bağlı kəskin fikirləri BAXCP tərəfindən sərt qarşılanıb. Bununla bağlı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı sosial şəbəkədə İlham Rəhimova status həsr edib. Statusu olduğu kimi təqdim edirik:”İlham Rəhimov BAXCP sədri Qüdrət Həsənquliyevin "Rusiya ilə Qarabağ probleminin həll üçün” danışmalıyıq təklifinə münasibət bildirib. Düzü 60 yaşında qoca bir kişinin bu dərəcədə bəsit cavab verəcəyini düşünmürdüm. O gah deyir ki, Qarabağın açarı Rusiyanın əlindədir, gah da deyir ki, biz özümüz bu topraqları müharibə yolu ilə həll etməliyik. İlham Rəhimovun iddiasına görə, əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlayarsa, Rusiya bitərəf qalacaq. Rusiya bitərəf qalacaq?!!! Kimi aldadırsan?! Rusiya sənin iddia etdiyin kimi bitərəfdirsə, yaxud Azərbaycan hətbi əməliyyatlara başlayacağı təqdirdə bitərəf qalacaqsa, o zaman Azərbaycan rəsmilərinin hətta müharibə ehtimalları ilə bağlı səsləndirdiyi hər bəyanatdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın və rus generallarının hədə-qorxu xarakterli açıqlamalarını kimin adına yazaq? Bütün günü rus genralları Azərbaycanı hədələyir ki, müharibə etsəniz...Niyə unudursunuz ki, Azərbaycan Ermənistana gecə-gündüz yardım edən İranla qonşudur. İranın Azərbaycana münasibəti bəllidir... Digər tərəfdən Qərbin Azərbaycana təklif etdiyi "Madrid prinsipləri” birbaşa Ermənistanın xeyrinədir. Həm də Azərbaycanda referendumun keçirlməsi konstitutsiyasına ziddir. Qərb və Avropa da Azərbaycanın müharibə aparmasının əleyhinədir...Bütün təhlilər göstərir ki, müharibə Azərbaycanı hansı vəziyyətlə qarşılaşdıra bilər. Belə olan təqdirdə, İlham Rəhimov, siz özünüzü bu iqtidarın başında duran Azərbaycanın Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevdən cəsarətli, siyasi yetginlik baxımdan yetgin, bacarıqlı və digər baxımdan üstün hesab edirsiniz?! Şəxsən mən bunun əksini düşünürəm!!!”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA