Ali Məclis sədrini o, əvəzləyəcək: yeni sədr müavini seçildi, Azər Zeynalov "vuruldu" - Vasif Talıbovun oğlu isə iclasda təklənib (FOTO)

img

16-05-2023 [11:27]


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qıvraqlı deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.

Mia.az xəbər verir ki, o, tezliklə Ali Məclis sədri seçiləcək: "Yeni müavin bundan sonra Ali Məclis sədri adından fərman və sərəncamları imzalayacaq".

Məlumata görə, indiyə qədər birinci müavin vəzifəsini tutan Azər Zeynalov isə vəzifəsini itirib.

Xatırladaq ki, Anar ibrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.

Onu da qeyd edək ki, bu icalsa Vasif Talıbovun deputat oğlu Seymur Talıbov da qatılıb.

Maraqlıdır ki, həmişə ön sırada oturan S.Talıbov  bu dəfə arxa sırada otuzdurulub.

Mia.az-ı məlumatlandıran mənbə deyib ki, Ali Məclisin deputatlaır həmişəkindən fərqli olaraq, iclasa qatılan Talıbovdan kənar durmağa çalışıblar.

Zülfiyyə

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR