Sahibə Qafarova Moskvaya gedib
15-05-2023 [17:55]
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasına səfəri davam edir.
Mia.az xəbər verir ki, mayın 15-də nümayəndə heyətimiz Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına gəlib. Milli Məclisin sədri Sahibə Qafarovanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin qarşılayıb.
Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiya Dövlət Dumasının inzibati binasında təşkil edilmiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı sərgi ilə tanış olub. Sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən zəngin fotoekspozisiya nümayiş etdirilib.
Sərgini TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman açıb.
Sərgidə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamladıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, elə liderlər var ki, onların fəaliyyəti bir dövlətin hüdudlarına sığmır. Onlar cəmiyyətə, dövlətin siyasi və iqtisadi kursuna və onun beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətinə həlledici təsir göstərirlər. Onlar öz xalqlarının tarixində mühüm rol oynayır, eyni zamanda, dünya siyasətində də iz qoya bilirlər. Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məhz belə bir şəxs olduğunu vurğulayıb.
Parlamentin spikeri diqqətə çatdırıb ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın ali rəhbərliyinə seçilməsi ölkə tarixində böyük dönüşün başlanğıcı oldu. Həmin dövrdə onun məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın qabaqcıl respublikalardan birinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı.
Sahibə Qafarova bildirib ki, Heydər Əliyev Sovet İttifaqının ali siyasi rəhbərliyinə yüksəlmiş nadir liderlərdən biri olub. 1982-ci ilin sonunda o, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, Siyasi Büronun üzvü seçilib. Spiker qeyd edib ki, Heydər Əliyevin adı iqtisadi və nəqliyyat sisteminin ciddi modernləşdirilməsi, iri infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlıdır və bunların arasında Baykal-Amur magistralının tikintisini xüsusi qeyd etmək lazımdır.
Milli Məclisin sədri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafına əvəzsiz töhfələr verdiyini söyləyib. Onun Azərbaycanın müstəqilliyinin bərqərar olunmasında və möhkəmləndirilməsində, beynəlxalq aləmdə nüfuzunun artırılmasında müstəsna rol oynadığını deyib. Sahibə Qafarova bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə ictimai-siyasi sabitlik yaradıldıqdan sonra Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanıb və qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulub və inkişaf edir. Azərbaycanın Ümummilli Lideri dövlətimizin iqtisadi, enerji siyasətinin əsaslarını qoyub, Azərbaycanın genişmiqyaslı transmilli layihələrdə iştirakını təmin edib. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış neft strategiyası ölkənin enerji sektorunun təkmilləşdirilməsi və Azərbaycan iqtisadiyyatının uzunmüddətli perspektivdə inkişafı üçün əsas olub(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi