Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyinat olub

img

15-05-2014 [18:00]


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi vəzifəsinə təyinat olub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin əmri ilə II dərəcəli kapitan Şahin Məmmədov bu gün HDQ-nin qərargah rəisi vəzifəsinə təsdiqlənib.

Ş. Məmmədov bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib.

Həmin vaxtdan Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.

Qeyd edək ki, cari ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA