15-05-2014 [17:53]
Bakı Şəhər İcra Hakimiyyəti ilə Müsavat Partiyası arasında qalmaqal böyüyür. Bir neçə ay öncə partiya qurultay üçün Bakı meriyasına müraciət etsə də, onlara cavab bu gün verilib. Müsavat Partiyası BŞİH-in cavab məktubuna etiraz edib.
Partiyanın mətbuat xidmətindən daxil olan bəyanatı təqdim edirik:"Müsavat Partiyası özünün ali idarəetmə orqanı olan qurultayını keçirmək üçün "Siyasi partiyalar haqqında” qanuna və öz nizamnaməsinə uyğun olaraq 2014-cü il fevral ayının 11-də Bakı şəhər İcra Hakimiyyətinə 5-ci dəfə müraciət edərək, partiyaya 800-1000 nəfərin yerləşə biləcəyi zal ayrımağı xahiş edib.
Bu gün - 15 may 2014-cü il tarixində, - müraciətin göndərilməsindən 3 ay keçəndən, konstitusiya qanunu ilə müəyyən edilmiş 16 günlük, ən geci bir aylıq müddət pozulduqdan və bu qanun pozuntusuna görə Müsavat Partiyası tərəfindən məhkəməyə müraciət edildikdən sonra, nəhayət Bakı şəhər İcra Hakimyyətindən müraciətə cavab verilib. Təqdim olunan cavab məktubunda Müsavat Partiyasına qurultay keçirmək üçün dəfələrlə yer ayrılsa da, partiyanın bu yerlərdən imtina etməsi bildirilir və Əmircan qəsəbəsində yerləşən 1000 nəfərlik tutumu olan Səttar Bəhlulzadə adına Mədəniyyət evini qurultay keçirmək üçün məqəsəduyğun hesab etdiyini və bu məsələnin Mədəniyyət evinin rəhbərliyi ilə razılaşdırılmasının vacib olduğu bildirilir.
Müsavat Patiyası Bakı şəhər İcra Hakimiyyətinin məktubunda göstərilən fikirlərin yalan və partiyaya yönələn böhtan olduğunu bəyan edərək bildirir ki, dəfələrlə müraciət etsək də, qurultay üçün Bakı şəhər İcra Hakimiyyətinin partiyaya qurultay keçirmək üçün ayırdığı yerlərin heç birinin tutumu bizim müraciətlərimizdə göstərilən saya uyğun olmadığından partiya təklif olunan yerlərdən imtina edib. Bundan əvvəl təklif olunan yerlərdən biri də məhz Səttar Bəhlulzadə adına Mədəniyyət evi olub ki, onun da tutumu haqqında Suraxanı rayon İcra Hakimiyyətinin rəsmi intetnet səhifəsindəki məlumatda 620 yer olduğu bildirilir. Bu fakt adı çəkilən Mədəniyyət evində yerlərin sayının 1000 nəfərlik olması haqqında Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinin yazdığı məlumatın yalan olduğunu və ictimaiyyəti çaşdırmağa yönəldiyini təsdiqləyir.Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin partiyanın müraciətinə cavabını gecikdirməsini ölkədə qəbul olunan və fəaliyyətdə olan qanunlara hörmətsizlik və partiya qurultayının keçirilməsinə maneçilik yaratmaq olduğunu bəyan edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi