Müdafiə naziri Elbrus Orucovu rəis təyin etdi

img

15-05-2014 [17:25]


Müdafiə Nazirliyində daha bir kadr islahatı aparılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, general-mayor Elbrus Orucov Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunub.

Qeyd edək ki, E. Orucov Azərbaycan Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi vəzifəsində xidmət edib.

Xatırladaq ki, ötən gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov özünə yeni müavin təyin edib. Nazirin əmri ilə general-leytenant Kərim Vəliyev general-leytenant Çingiz Məmmədovun tutduğu vəzifəyə gətirlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA