Süleyman Soylu İstanbulda azərbaycanlılarla görüşdü - "Oturum izni" probemləri də müzakirə edilib (FOTOLAR)
13-05-2023 [15:47]
Bu gün Türkiyənin Daxili işlər naziri, AKP-nin deputatlığa namizədi Süleyman Soylu İstanbulda bir qrup azərbaycanlı fəalla görüşüb.
Mia.az xəbər verir ki, İstanbulun Halkalı rayonu Zeynebiye məscidində gerçəkləşən görüş nazirin seçki kampaniyası çərçivəsində baş tutub.
Məlumata görə, Daxili işlər naziri Süleyman Soylu Türkiyə Caferisinin lideri Səlahəddin Özgündüzü də ziyarət edib.
Məlumata görə, Səlahəddin Özgündüzün ofisində dostluq şəraitində keçən görüşdə daxili və xarici məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Özgündüz Ayasofyada nümayiş etdirilən və üzərində İmam Hüseynin (ə) adının həkk olunduğu rəsm əsərini təqdim edib.
İclasda prezidentin baş müşaviri Əhməd Səlim Köroğlu, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım və Küçükçekmece İlçe Baş məmuru Mehmet Tunç iştirak edib.
Görüş barədə Mia.az-a Türkiyədən verilən məlumata görə, görüşdə qardaş ölkədə yaşayan 2 milyon azərbaycanlı və Azərbaycan əsili cəfərilərin problemləri qaldırılıb.
Bundan əlavə, Türkiyədə, xüsusiylə İstanbulda sənədsiz yaşayan və deport təhlükəsində olan azərbaycanlıların problemləri də qabardılıb. Nazirin diqqqətinə çatdırılıb ki, Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi qərara əsasən, 2014-cü ildən əvvəl İstanbulda yaşayanların sənədləri qaydaya salınmalı olsa da, müvafiq Köç İdarələri bu problemi həll etməkdən yayınırlar.
Nazir qaldıırılan problemləri diqqətlə dinləyərək, həlli istiqamətində müvafiq addımların atılacağını deyib.
Xatırladaq ki, İstanbulda uzun illər yaşayan azərbaycanlı ailələrə son aylar daimi yaşamaq icazəsi verilməsinə süni maneələr yaradılır. Mia.az olaraq, iki gün əvvəl, daha dəqiqi, mayın 11-də bu barədə xüsusi araşdırma dərc etmişik.
Bizə verilən məlumata görə, bu yazı Türkiyədə müvafiq qurumlarda ciddi müzakirə olunub. Maraqlıdır ki, mayın 11-də dərc etdiyimiz bu yazıdan iki gün sonra Daxili İşlər naziri Süleyman Soylu bu gün azərbaycanlılarla görüşüb, onların "oturum izni" problemlərini müzakirə edib.
Xatırladaq ki, Türkiyədə Köç İdarələri (Bizdəki analoji Miqrasiya Xidməti -Mia.az) Daxili İşlır Nazirliyinin, yəni, Süleyman Soylunun tabeliyində olan qurumdur.
MİA.AZ-ın 11 mayda dərc etdiyi yazı ilə burada tanış ola bilərsiniz:
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi