Ceyhun Bayramov Rusiya XİN rəsmisi ilə bir arada: "Ermənistan sülh prosesinə xələl gətirir"

img

12-05-2023 [17:55]


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, görüş zamanı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlarda, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.

C.Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəmizin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribatçı addımları barədə qarşı tərəfə məlumat verib.

Rusiya XİN nümayəndəsi regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələr ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR