Sərhəddə planlı gərginlik: 14 maydan sonra nələr baş verəcək və ya Fransanın məqsədi... - TƏHLİL
12-05-2023 [15:06]
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə qəsdən təxribat törədib.
Gərginlik nəticəsində bir hərbi qulluqçumuz şəhid olub, biri isə yaralanıb.
Planlı təxribat
Rəsmi İrəvanın bu təxribatı məqsədyönlü və planlı icra etdiyini demək olar:
Birincisi, hərbçimiz snayperdən açılan atəş nəticəsində yaralanıb. Bu, Ermənistanın öncədən əraziyə snayperləri cəlb etdiyini göstərir.
İkincisi, Ermənistan insidentdən sonra dərhal zərbə dronlarından istifadə etdi. Yalnız hücum edən tərəf bunu öncədən hesablaya bilərdi.
Üçüncüsü, Ermənistan Müdafiə Nazirliyi və onunla sinxron şəkildə Xarici İşlər Nazirliyi çox qısa intervallarla ardıcıl açıqlamalar və bəyanatlar verirdi. Vəziyyət barədə feyk məlumatların ardıcıl yayılması təxribatın qabaqcadan planlaşdırmasından xəbər verir.
İrəvanın məqsədi
Ermənistan ilk dəfə deyil ki, sərhəddə təxribat törədir. Budəfəki təxribat da müəyyən mənada gözlənilən idi. Ermənistanın növbəti dəfə vəziyyəti gərginləşdirməsində iki başlıca məqsədi var:
Birincisi, rəsmi İrəvan bununla ənənəvi olaraq Azərbaycanı hər hansı addımlar atmağa məcbur etmək və son nəticədə vəziyyəti gərginləşdirməkdə və ya təcavüzdə ittiham etməkdir.
Bu məqamda Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi atteşe təyin etməsi də diqqət çəkir. Belə ki, yeni atteşe Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarı da şəxsən Fransa Prezidenti Emmanuel Makron verib.
Bu, həm də onu deməyə əsas verir ki, insidentin pərdəarxasında dayanan ölkələrdən biri də Fransadır.
İkincisi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən dörd günlük görüş sonrası və Brüsseldə keçiriləcək görüş öncəsi belə bir insidentin baş verməsi təsadüfi deyil. Rəsmi İrəvan görüşdən əvvəl təxribata əl ataraq kompromis yollarını bağlamaq, prosesin uzanmasını təmin etmək istəyir.
Aydın məsələdir ki, Paşinyan Brüssel görüşünə “yox” deməsə də, bütövlükdə razılığa gəlinən məsələlərdən narazıdır. Çünki Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə çətin vəziyyətlə üzləşəcəyini, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması, əgər tanıyırsa, hansı çərçivədə bunu etdiyi barədə suala birmənalı cavab verməyə məcbur olacağını bilir. Buna görə də vəziyyəti gərginləşdirməklə, ənənəvi metod olan təxribata əl atmaqla vəziyyətdən çıxmağa çalışır.
Nəticə
Bu əməliyyat Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi hərbi-siyasi təxribat idi. Rəsmi Bakı təxribatların qarşısını alsa da, bənzər hücumların yenidən olması istisna deyil.
Hesab etmək olar ki, 14 maydan sonra baş verəcək növbəti təxribata rəsmi Bakı daha sərt cavab verəcək. Baş verənlərə görə məsuliyyət isə Ermənistanın üzərinə düşəcək.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi