"BUNU SİZƏ YALAN DEYİBLƏR" - Rəsmi Moskvadan Kılıçdaroğlunun xəbərdarlığına cavab gəldi

img

12-05-2023 [14:55]


Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Rusiyaya ünvanlanan "Mayn 15-dən sonra da Türkiyə ilə dost olmaq istəyirsinizsə, Türkiyədən əlinizi çəkin" xəbərdarlığına rəsmi moskvadan cavab gecikməyib.

Mia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, Rusiya heç bir halda Türkiyədəki seçkiyə müdaxilə etmir: "Türkiyədəki seçkilərə müdaxilə etdiyimiz yönündəki açıqlamanın səbəbini bilmiirk. Necə gündəmə gəldiyini də bilmiirk. Bu iddiaları ana müxalifət namizədinə çatdıran şəxslər yalançıdır".

Qeyd edək ki, dünən Məhərrəm İncənin seks kaseti təhdidindən sonra prezidentliyə namizəıdlikdən geri çəkilməsi barədə tvit atan Kamal Kılçdaroğlu bu məsələdə Rusiyanı hədəf göstərən iki dildə - rus və türk dillərində xəbərdarlıq  mesajı yayıb. O, seçki qabağı yayılan seks görüntülərinin Rusiya tərəfindən dövriyyəyə buraxıldığını bəyan edib: "Əziz rus dostlar, dünən bu ölkədə ifşa olunan montajların, Deep Fake məzmunlu yazıların və kasetlərin arxasında siz dayanırsınız. Dostluğumuzun 15 maydan sonra da davam etməsini istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən çəkin. Biz hələ də əməkdaşlıq və dostluq tərəfdarıyıq".

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək.

Zülfiyyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR