Politoloq: "Şantaj, təhdid, böhtan seçki marafonunun bir parçasıdır"
11-05-2023 [17:24]
Xəbər verdiyimiz kimi, bu gün Məmləkət Partiyasının sədri Məhərrəm İncə Prezidentliyə namizədliyini geri çəkib.
Onun bun addımInı Mia.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, bu, doğru və bir qədər də gecikmiş bir qərardır: "İncənin bir çox üstün cəhətləri var. O, ağıllı, hazır cavab, xarizmatik, kütləni ələ ala bilən hətta fərqli ideologiyadakı kütlələrə xitab edə bilən bir siyasi fiqurdur. Lakin bütün bunlar İncənin seçkilərdə qələbə qazanması üçün kifayət deyil. Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu ilə müqayisədə Məhərrəm İncə zəif bir fiqurdur. Məhərrəm İncənin yəqin ki, ən zəif tərəfi onun böhran vəziyyətlərini idarə edə bilməməsidir. Çünki o, emosional bir şəxsdir və hisslərini, ambisiyalarını idarə edə bilmir. Bu isə Türkiyədə bir siyasətçi üçün heç də yaxşı hal deyil".
Politoloq deyib ki, İncə şantaj, təhdid, böhtan qarşısında tab gətirə bilmədi: "O, hər şeyi hesablayıb seçkilərə qatıldığını düşünsə də, görünür, siyasətin qeyd etdiyim bu çirkin yanlarını hesaba qata bilməyib. Halbuki Türkiyə və dünyanın bir çox ölkələrində şantaj, təhdid, böhtan seçki marafonunun bir parçasıdır.
Məhərrəm İncə əslində namizədliyini daha tez geri çəkməli idi. Bu ona daha sərfəli şərtlər yarada bilərdi. İndiki məqamda isə demək olar ki, heç bir real qazanc əldə edə bilməyəcək".
T.Rzayevin sözlərinə görə, İncənin əldə etdiyi tək şey yəqin ki, gələcək siyasi kareyerasını qorumaqdır: "Şantaj, təhdid, böhtanın davam etməsi İncənin siyasi karyerasını bitirə bilərdi. Məhərrəm İncənin namizədliyini geri çəkməsi onun səslərinin kimə gedəcəyi sualını aktuallaşdırır. Hesab etmək olar ki, səslər Ərdoğan və Kılıçdaroğlu arasında bölünəcək.
Bunu deməyə əsas verən başlıca şey İncənin namizədlikdən çəkilərkən, “altılı masa”ya işarə etməsidir. Bu onun səslərinin Kılıçdaroğluna gedəcəyini sual altına salır".
"Növbəti hədəf Sinan Oğanındır" sualına gəldikdə isə politoloq deyir ki, Məhərrəm İncənin namizədliyini geri çəkməsi öz növbəsində “Ata İttifaqı”nın namizədi Sinan Oğan da namizədliyini geri götürəcəkmi sualını aktuallaşdırır: "Məhərrəm İncədən fərqli olaraq Sinan Oğan sonadək mübarizə aparacaq. Əslində İncənin geri çəkilməsi Oğanın xeyrinədir. Bu, onun prestijini artırır.
Oğan seçkilərdə qələbə qazanmasa belə sona qədər mübarizəni davam etdirməsi onun gələcək seçkilərə daha güclü və inamlı qatılmasını təmin edəcək".
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi