"Yeni Klinika"da insident olub
11-05-2023 [16:10]
"Yeni Klinika"da tibb işçisi ilə pasiyent arasında insident olub, xəsarət alan var.
Mia.az xəbər verir ki, bunu klinikanın Media, Korporativ Kommunikasiya və PR üzrə mütəxəssisi İlham Məmmədzadə deyib.
Onun sözlərinə görə, bir neçə gün öncə səhər saat 7:00 radələrində müayinə üçün müraciət edən Hüseynov Elxan Hüseynbaba oğlu adlı şəxs klinikanın növbə gözləmə aparatından özü ilə yanaşı müəssisəyə gəlməyən daha 3 nəfər üçün də növbə götürmək istəyib: "Müəssisənin tibbi qeydiyyatçı vəzifəsində işləyən əməkdaşı ona qanunvericiliyin tələblərinə əsasən müəssisədə olmayan şəxslərə növbənin verilməməsi barədə məlumat versə də, qarşı tərəf buna kəskin etiraz edib. Vətəndaşa təkrarən bunun qanunazidd olduğunu bildirdikdən sonra E.Hüseynov ətrafda olan çox sayda şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək, klinika əməkdaşının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdən “şərəfsiz”, “küçük” kimi təhqiramiz ifadələr işlədərək “səni işdən çıxartdıracam”, “başına oyun açacam” deməklə hədə-qorxu gələrək ondan müəssisədə olmayan üç nəfər üçün növbə sənədi verməsini tələb etməkdə davam edib".
İ.Məmmədzadənin sözlərinə görə, vətəndaş qeydiyyatçının əlində olan növbə sənədlərini almaq üçün onun üzərinə hücum edərək ona zor tətbiq edib sağlamlığına zərər yetirib, qollarını yaralayıb: "Bu faktla əlaqədar olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin vasitəsilə məhkəmə-tibbi ekspertizasından keçirilib. Bundan əlavə Hüseynov Elxan Hüseynbaba oğlu qanunvericiliyin tələblərinə zidd olaraq heç bir icazə olmadan gizli surətdə müəssisənin daxilində video və foto çəkilişlər edib. İctimai yerdə, çox saylı vətəndaşların yanında klinika əməkdaşının üzərinə hücum edərək ona zor tətbiq edib, bədən xəsarəti yetirdiyi, əxlaqa zidd sözlərlə onu təhqir etdiyi üçün Hüseynov Elxan Hüseynbaba oğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün Bakı Şəhəri Nizami rayon Prokurorluğuna müraciət edilib. Hazırda ibtidai araşdırma aparılır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi