İSTANBULDA AZƏRBAYCANLILARA NİYƏ "OTURUM İZNİ" VERİLMİR? - Soylunun qərarına niyə əməl edilmir?
11-05-2023 [14:30]
Məlum olduğu kimi, 2022-ci ildə Türkiyədə, xüsusi ilə də İstanbul şəhərində qaçaq, yəni, sənədsiz yaşayan azərbaycanlılar haqqında xüsusi bir qərar çıxdı.
Mia.az-ın məlumatına görə, Türkiyə Daxili İşlər Naziri Süleyman Soylunun qərarı ilə bu soydaşlarımıza daimi yaşamaq "Oturma izni") icazəsi verildi.
Toy-bayramla qarşılanan və xeyli adamın da yararlandığı bu "oturma izini" artıq 8 aydır ki qapalıdır.
İnsanlar get gələ salınır, təhqir olunur və müxtəsər desək, hökumətdən narazı salınır. Çünki artıq azərbaycanlılar yaşayan məhəllələrdə tez-tez soydaşlaırmza qarşı "oblava" keçirilir, onları deportla hədələyirlər. Azərbaycanlıların Soylunun qərarı və "jharada qaldı qardaşlığımız?" imdadını isə dinləyən yoxdur.
Məlumata görə. 8 ayda müxtəlif bəhanələrlə insanları süründürən İstanbul şəhər Köç Müdürliyi və bu müdürlüyün nəzdində yaradılmış "Uzun dönəm ikamət" şöbəsi insanların səbri və taleyi ilə oynamaqdadır.
O da məlumdur ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlum qərarından dərhal sonra ölkədə sənədsiz yaşayan xarici vətəndaşların kəskin şəkildə ölkədən çıxarılması prosesi başlanıb. Uzun dönəm "oturma izini" haqqı verilmiş azərbaycanlılar da deport prosesindən kənarda qalmırlar.
Bəs, görəsən, əslində soydaılarımızın qeydiyyata alınması prosesində tələsmək lazım olduğu yerdə, süründürməçilik edən İstanbul Köç İdarəsi və məlum şöbə rəhbərliyinin pərdəarxası oyunlarının əsil səbəbi nədir?
Məlumatı verən soydaşlarımızın dediklərindən belə anlaşılır ki, artıq uzun dönəm oturma izni almaq istiqamətində öz "xidməti"ni təklif edən "dəllalar" ortya çıxıb. Onların hətta bəzi soydaşlarımızdan pul tələb etdiyi də gələn iddialar arasındadır (Bu barədə dəqiqləşdirmələrimiz olacaq. O səbəbdən dərinliyə varmırıq - Mia.az).
Hələlik isə onu deyə bilərik ki, İstanbulda sənədsiz yaşayan soydaşlarımızın sayını nəzərə alsaq, ortada böük pulların döpvr etdiyini görməmək mümkün deyil.
Əlaqə saxladığımız və adının çəkilməsini istəməyən dərnək rəhbərlərindən biri "pul iddiası"nı təsdiq edib: "Bəli, belə iddia var. Ancaq bizi bundan daha çox, insanların onlara verilmiş hüquqdan yararlanması maraqlandırır. Bu prosesin bir saat gec həyata keçirilməsi bir insan taleyinin alt-üst olması deməkdir. Sözsüz ki, sənədləri qaydasında olmayan kimsə deport prosesindən kənarda qala bilməz və bilmir də. Əgər Göç İdarəsi bu problemin həllində pul söz-söhbətini inkar edirsə, o zaman DİN başçısının qərarına əməl etməklə sürətli çalışacaq, üstəlik, daha telefonlarını və şöbəni müxtəlif bəhanələrlə qapalı saxlamayacaq. Çünkü hər keçən bir gün yeni-yeni soydaşlarımızın deportu deməkdir.
Başqa bir dərnək başqanı isə bu məslədə siyasi səbəbin önə çıxdığını vurğuladı: "Süleyman Soylu Ərdoğanın ən böyük dəstəkçisidir. Köç Başqanlığı da Daxili İşlər Nazirliyinin bir qurumudur, yəni, birbaşa nazir Soyluya tabedir. Burada 2 variant var: ya bu problemin həlli üçün bütün bacarığını və gücünü ortaya qoymuş Daxili İşlər nazirini Ərdoğanın gözündən salmağa çalışırlar, ya da ortada bəlli olmayan hansısa oyun var. Baxın, problemi yaradan kimlərdir? Soylunun tabeliyindəkilər. sual olunur: onlar niyə nazirlərinin əmrlərini saymır?. Necə olur, 4-5 milyon suriyalıya qapı açan, hətta onlara yardım verən ölkədə cəmi 30 minə yaxın azərbaycanlının oturma izni almasına mane olunur?
Özü də Azərbaycan və Türkiyənin qardaşlığının son dönəmlərdə bu qədər qüvvətlənməsi fonunda baş verənləri anlamaq doğrudan da çətindir.."
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi